Ümummilli lider Heydər Əliyev: “Dünyada bizim üçün, yəni azərbaycanlılar üçün ən birinci dayaq türklərdir.”
Tarix: 12-10-2023 | Saat: 11:44
Bölmə:Özəl | çapa göndər
Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi inkişafını və beynəlxalq münasibətlərini formalaşdıran və təkmilləşdirən liderdir. Onun fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq arenada daha nüfuzlu və tanınmış bir ölkəyə çevirilmişdir. Ulu Öndər Heydər Əliyev dövlətlərarası münasibətlərlərə hər zaman xüsusi önəm verirdi.
Bu münasibətlər sistemində qardaş Türkiyə ilə münasibətlər xüsusilə seçilirdi. Ulu Öndər qısa müddət ərzində Türkiyə ilə strateji tərəfdaşlığı gücləndirərək ikitərəfli əməkdaşlığın inkişafını təmin etmişdir.
Ulu Öndər Heydər Əliyev türkdilli dövlətlərlə də münasibətlərə xüsusi önəm vermiş və bu sahədə böyük səylər göstərmişdir. Azərbaycanın türkdilli dövlətlərlə münasibətlərinin inkişafı və gücləndirilməsi Heydər Əliyevin xarici siyasətinin əsas bir hissəsini təşkil edirdi.
Sovetlər İttifaqı dağılandan sonra, türkdilli respublikalar öz dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə Cümhuriyyətinin türk dünyası qarşısında ən böyük xidmətləri ondan ibarətdir ki, türkdilli dövlətlərin birliyi yarandı. Bu birlik bu gün də davam edir, türkdilli dövlətləri bir-birinə daha da yaxınlaşdırır, əməkdaşlığı daha da inkişaf etdirir, bizim müştərək tarixi köklərimizin birlikdə araşdırılmasına və onların aşkara çıxarılmasına, dünyaya göstərilməsinə çox kömək edir.
Azərbaycan müstəqillik əldə edəndən sonra Türkiyə Cümhuriyyəti ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr qurmuşdur və bunlar dostluq, qardaşlıq prinsiplərinə, bizim tarixi köklərimizə əsaslanır. Müstəqillik yolu ilə getdiyi bir dövrdə bu əlaqələr Azərbaycan xalqına çox kömək edir və bizim üçün çox əhəmiyyətlidir.
Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin böyük tarixi var. Bu əlaqələr bir çox əsrlər boyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gəlib çatıbdır. Xalqımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olması, adət və ənənələrimizin bir-birinə bənzərliyi, yaxud eyniliyi, milli duyğularımızın bir-biri ilə oxşar olması – hamısı birlikdə əsrlərdən-əsrlərə xalqlarımızı bir, bərabər etmişdir, xalqlarımız arasında sıx dostluq, qardaşlıq əlaqələri yaratmışdır. Məhz buna görədir ki, biz tez-tez belə bir gözəl ifadəni işlədirik. “Biz bir millət, iki dövlətik”.
Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025