Mobil versiya
Bakı varlısına 40 min atan Voloçkova "pula çıxdığını" ETİRAF ETDİ
Tarix: 01-09-2016 | Saat: 14:00
Bölmə:Media | çapa göndər



Voloçkova "Komsomolskaya Pravda"ya verdiyi açıqlama ilə hamını təəccübləndirib


Dünya şöhrətli balerina, aktrisa və müğənni Anastasiya Voloçkova "Komsomolskaya Pravda"ya verdiyi açıqlama ilə hamını təəccübləndirib.

myBaku.az axar.az-a istinadən bildirir ki, o, pul qarşılığında oliqarxlarla görüşdüyünü etiraf edib:

"Mən müəyyən məbləğ qarşılığında varlı kişilərlə görüşürəm. Onlar mənimlə tanışlıq üçün 100 min dollara qədər pul ödəyirlər. Tanışlığımızın məqsədi onların mənim xeyriyyə layihələrimi dəstəkləməsidir.

Lakin mən bütün bunları hansısa agent vasitəsilə deyil, birbaşa edirəm. Bəzən isə tanış olduğum varlı adamlarla görüşlərimi davam etdirirəm. Bu isə mənim şəxsi həyatımdır və kimsənin buna qarışmağa ixtiyarı yoxdur".

Xatırladaq ki, daha öncə "Moskvanın Ulduzları" agentliyinin direktoru deyib ki, azərbaycanlı biznesmen agentliyə müraciət edərək "Ulduzla şam yeməyi" layihəsi çərçivəsində 25 min dollar müqabilində balerina ilə Bakıda görüş sifariş verib. Görüş baş tutub, bundan sonra baş verənlər isə Voloçkovanın özfəaliyyəti olub.

Daha sonra adı açıqlanmayan biznesmen agentliyə şikayət edərək bildirib ki, şam yeməyinin sonunda rusiyalı balerina azərbaycanlı biznesmenə əlavə 40 min dollar qarşılığında intim xidmət təklif edib, biznesmen də razılaşıb və avans ödəyib.

Amma Anastasiya Voloçkova oteldə otağının qapısını bağlayaraq, çölə çıxmayıb, səhəri gün isə pulu da götürərək Azərbaycanı tərk edib.

Biznesmen iddia edir ki, onda razılaşma ilə bağlı səs yazısı var. Balerina isə faktı təkzib edib və bunu böhtan adlandırıb.

Bakı varlısına 40 min atan Voloçkova "pula çıxdığını" ETİRAF ETDİ







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024