Gülər Sultanzadə: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi baxımından xüsusi önəm kəsb edir”
Tarix: 11-10-2023 | Saat: 09:27
Bölmə:Gündəm / Özəl | çapa göndər
“Azərbaycan-Gürcüstan əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş səmimi dostluq və qonşuluq münasibətləri əsasında formalaşıb. Bu gün isə bu iki dövlət artıq strateji tərəfdaş və dost ölkələrdir. Əlbəttə ki, bu münasibətlər hər iki ölkə xalqlarının rifah yüksəlişinə xidmət etdiyi kimi, ümumilikdə Cənubi Qafqazda sülh və əmin-amanlıq mühitini təmin edən ən mühüm amillərdən biridir. Məhz bu baxımdan da Azərbaycan və Gürcüstan liderlərinin ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini daha da gücləndirilməsinə yönəlmiş səyləri xüsusi önəm kəsb edir. Bu il bir çox ölkələrdə olduğu kimi, Gürcüstanda da ilboyu Ulu Öndər Heydər Əliyevin 100 illiyinin qeyd edilməsi Gürcüstan hökumətinin və gürcü xalqının ölkəmizə və xalqımıza qarşı bəslədikləri ən səmimi münasibətlərdən xəbər verir. O cümlədən Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabr ayının 8-də Gürcüstana növbəti səfəri də iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişlndirilməsinə böyük töhfədir. Səfər çərçivəsində Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri iqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq kimi mühüm məsələləri müzakirə ediblər. Qeyd olunub ki, Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və ilk beşlikdə yer alıb. Bu gün bir çox istiqamətlərdə - enerji, nəqliyyat, logistika, dəmir yolu və bütün digər sahələrdə əməkdaşlıq uğurla həyata keçirilir. Cənab Prezident İlham Əliyev səfər çərçivəsində Tbilisidə mətbuata bəyanatla etdiyi çıxışında bir mühüm məqamı da vurğuladı ki, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasına əvzsiz töhfələr verir. Buna görə də mövcud əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi bütün tərəflərin marağında olan məsələdir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Texniki Universitetinin tələbəsi, Yeni Azərbaycan Partiyasının fəal üzvü Gülər Sultanzadə deyib.
Daha sonra partiya fəalı Prezident İlham Əliyevin çıxışında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması barədə yer alan açıqlamaların əhəmiyyətini qeyd edərək bunları deyib: “Bu gün həm Azərbaycan, həm də Gürcüstan öz müstəqilliklərinə qovuşduqları gündən bəri böyük inkişaf yolu keçiblər. Lakin dövlət başçımızın dediyi kimi, çağırışlar bu illər ərzində demək olar ki, dəyişməyib və problemlər də eynidir. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyiblər. Həmçinin bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bu dəstək özünü hər zaman göstərib, indi də göstərir. Bununla belə, hər iki ölkənin mövcud olduğu regionda ümumi sülhün bərqərar olması üçün bu gün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması vacib şərtdir. Təəssüflər olsun ki, Cənubi Qafqazda sülh hələ ki, tam bərqərar olunmayıb. Lakin bunun artıq zamanı çatıb. Üç il bundan əvvəl, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz ərazi bütövlüyünü, keçən ay isə bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmaq lazımdır. Bu müqavilə imzalandıqdan sonra Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və cənab Prezident İlham Əliyevin dediyi kimi, bir çox sahələr üzrə, o cümlədən nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu üzrə əməkdaşlıq çox uğurlu ola bilər.”
Öz fikirlərini davam etdirən müsahibimiz həmçinin Azərbaycan və Gürcüstanın birgə layihələrdə yer almaqla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynadıqlarını və bu amilin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından xüsusi önəm kəsb etdiyini bildirib: “Cənab Prezident İlham Əliyevi öz çıxışında belə bir vacib məqamı da xüsusi olaraq qeyd etdi ki, Azərbaycan ilə Gürcüstan arasında olan dostluq və əməkdaşlıq əlaqələri bu gün Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Məlumdur ki, hazırda beynəlxalq aləmdə formalaşan geosiyasi vəziyyətin fonunda enerji təhlükəsizliyi məsələləri təkcə Avropa İttifaqı üçün deyil, bütün ölkələr üçün ön plana çıxır. Bu gün ölkələrimizi energetika sahəsində ənənəvi istiqamətlərdən başqa “Yaşıl enerji dəhlizi” layihəsi birləşdirir. Bu sahədə də Gürcüstan və Azərbaycan Avropa ölkələri ilə sıx əməkdaşlıq edir və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Ondan sonra konkret işlərə start veriləcək. “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək bütün tərəfdaş ölkələrin enerji təhlükəsizliyini daha da gücləndirəcək”, - deyə Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025