Mobil versiya
Pakistan Azərbaycan əlaqələrinin təməlini qoyan ulu öndər Heydər Əliyev
Tarix: 11-10-2023 | Saat: 09:24
Bölmə:Siyasət / Özəl | çapa göndər

Pakistan Azərbaycan əlaqələrinin təməlini qoyan ulu öndər Heydər Əliyev

Pakistan İslam Respublikası Cənubi Asiyada yerləşən ən böyük islam dövlətlərindən biridir.  Pakistan adı ölkəyə 1933-cü ildə siyasi-aktivist Çudhari Rəhmət Əli tərəfindən verilib. Mənası, “paklar diyarı” deməkdir. Bu ölkənin adının tam açılışı da var. Belə izah edirlər ki, ölkənin adındakı ilk hərf olan “P”- Pəncab, “a”- afqan, “k”- Kəşmir, “s”-Sinda, “tan” isə - Belucistan deməkdir. Bunu da xüsusi qeyd etmək lazımdır ki, Pakistan Azərbaycanın ərazilərini işğal etdiyi üçün Ermənistanın dövlət müstəqilliyini tanımayan yeganə BMT üzvüdür. Pakistan xalqının milli azadlıq yolunda, müstəqillik yolunda apardığı mübarizə onun nə qədər mübariz bir ölkə olmasından xəbər verir. Pakistan Respublikası tərəfindən ölkəmizin müstəqilliyi 1991-ci il dekabrın 12-də tanınıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulub. Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb.
Qeyd etməliyəm ki, bizə qardaş ölkə olan Pakistan 1947-ci ildə dövlət müstəqilliyini əldə edib. 1950-ci ildən isə tam müstəqil bir dövlət kimi yaşayır. Pakistan demokratiya yolunu tutub və öz dövlətini, öz həyatını demokratik prinsiplər əsasında qururlar. Ölkələrimizin xalqlarının tarixi keçmişində, adət və ənənələrində çox oxşarlıq var və ən əsasıda eyni dinə mənsub olmağımız xalqlarımızı bir-birinə daim yaxınlaşdırır. Bu gün bunların əsasında Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur. Pakistan xalqı milli azadlığa məhz 1947-ci ildənail olub, dövlət öz müstəqilliyini əldə edib, bu günümüzə kimi hüquqi demokratik dövlət qurmaq yolunu dəvam etdirir. Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, “Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə” bağlanıb.
Qeyd etməliyəm ki, 9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistana rəsmi səfər edib. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə sayca 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan prezidentləri Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan ediblər.
Pakistan İslam Respublikasının Prezidenti Faruk Əhməd Xan Leqari Azərbaycan Prezidentinin şərəfinə rəsmi ziyafət verib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev rəsmi ziyafətdə söylədiyi geniş nitqində bildirib ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana ədalətli münasibət göstərib və yardım edib.
Azərbaycanla Pakistanı çox sıx keçmiş tarixi tellər bağlayır. 2020-ci ilin sentyabr ayında ermənilərin növbəti təxriabtına cavab olaraq aparılan dəmir yumruq əməliyyatı zamanı da, Haqq Savaşımızda Azərbaycana həm də dost-düşmənini tanımaq baxımından fürsət yaratmış oldu. Biz Türkiyəylə yanaşı, bir sıra ölkələrin də dostluq mövqeyini gördük, güclü dəstəyini hiss etdik. Onların sırasında dost və qardaş Pakistan dövləti önə çıxdı. Pakistan hər zaman öz dəstəyini dövlətimizə və xalqımıza yüksək şəkildə göstərməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistanla apardığı dostluq, qardaşlıq və əməkdaşlıq siyasəti bu gün də öz bəhrəsini verir. Bu münasibətlərin qorunub saxlanılması həm də ulu öndər Heydər Əliyevin Azərbaycana əmanət qoyduğu xarici siyasətə sadiqliyin nümayişidir.
 
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025