HƏYATA KEÇİRİLƏN ÇOXŞAXƏLİ ENERJİ SİYASƏTİ İLƏ ÖLKƏMİZ REGİONAL VƏ QLOBAL ƏHƏMİYYƏTLİ AKTORA ÇEVRİLƏ BİLİB
Tarix: 10-10-2023 | Saat: 18:37
Bölmə:Özəl | çapa göndər
Bu gün Azərbaycan özünün müstəqil enerji siyasətini həyata keçirir.Ölkəmiz zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi.“Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir. Bu gün Prezident İlham Əliyev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyasını uğurla davam etdirir. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Azərbaycanın son illərdə nümayiş etdirdiyi dinamik iqtisadi inkişaf ölkənin enerji ehtiyatlarına olan məxsusi tələbatını əhəmiyyətli dərəcədə artırmışdır. Bu isə öz növbəsində iqtisadi baxımdan səmərəli və dinamik inkişaf edən, ekoloji standartlara uyğun, qabaqcıl texnologiyalarla və yüksək ixtisaslı kadrlarla təchiz olunmuş yanacaq-energetika kompleksinin formalaşdırılmasını və modernləşdirilməsini tələb edir. Ölkəmizdə bu gün çoxşaxəli enerji siyasəti həyata keçirilir və bu da Azərbaycanı regional və qlobal əhəmiyyətli aktora çevrilə bilib. Vurğulamaq gərəkdir ki, Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Dünya enerji bazarında ara-sıra baş verən proseslər göstərir ki, bəzi dövlətlər neft və qaz amilindən spekulyasiya edərək öz iqtisadi və siyasi məqsədləri üçün yararlanmağa çalışırlar. Azərbaycan isə bütün tərəfdaşları ilə səmimi, real bazar prinsiplərinə uyğun, hüquqi əlaqələr qurmaqla etibarlı partnyor imici qazanıb. Ölkəmiz həmçinin, enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də özünün enerji potensialını düzgün qiymətləndirərək əlaqələri də bu əsasda qurur. Respublikamızın bu cür mövqeyə sahib olması və tarazlaşdırılmış siyasət aparması özünün enerji ehtiyatlarından etibarlı və uzunmüddətli tərəfdaşlıq qurmaq üçün istifadə etdiyini sübut etmiş olur. Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələri mühüm geostrateji əhəmiyyətə malikdir.Regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Avropa dövlətlərinin alternativ enerji təminatçısı kimi üzünü ölkəmizə çevirməsi anlaşılandır. Qlobal investorlar artıq tam əmindirlər, bu gün Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə investisiyalar üçün etibarlı və təhlükəsiz ölkə hesab olunur. Azərbaycan həm də sabit və etibarlı imici ilə diqqət çəkir. Buna görə də ekspertlərin “Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır” qənaəti hər kəs tərəfindən şəksiz qəbul edilir. Azərbaycanı etibarlı tərəfdaş kimi cəlbedici edən amillərdən biri də ölkəmizin tutduğu yola sadiqliyi, davamlılığı və ortaya çıxan çətinliklərə baxmayaraq qarşıya qoyulan məqsədə çatmaq əzmidir. Bu, enerji sahəsində Azərbaycanla əməkdaşlıq edən tərəfdaşların gələcəyə hesablanmış təminatıdır. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə dünyanın enerji xəritəsini dəyişdiyini böyük əminliklə söyləyə bilərik. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması dünyanın inkişaf etmiş dövlətləri və aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə etiraf olunur.
Bu gün Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində elektroenergetika sahəsində böyük nailiyyətlər əldə edilir.Ölkəmiz dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. Azərbaycan bu gün regionda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir olan ölkələrdən biridir. Hazırda onun həyata keçirdiyi enerji siyasətinin məqsədi ölkənin dünya bazarlarına çıxış imkanlarını daha da artırmaqdan və dünya ölkələri üçün alternativ enerji mənbəyi yaratmaqdan ibarətdir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu qlobal layihələr reallığa çevrilməklə dövlətlər, xalqlar arasında körpü roluna yeni əlavələr edir, ölkəmizin regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi yerini və rolunu möhkəmləndirir. Tam əminliklə demək olar ki, Azərbaycan bölgə səviyyəsində enerji təhlükəsizliyinin əsas təminatçısına çevriləcək. Onun rolu artdıqca geosiyasi çəkisi də artacaq. Ona görə də Azərbaycanın enerji strategiyası əhəmiyyəti böyük olan bir məsələdir. Enerji təhlükəsizliyi daha aktual məsələ olmaqda davam edəcəyi halda bu tendensiya bölgədə aparıcı olacaq.
Tumasov Köçəri
YAP Cəbrayıl rayon təşkilatının partiya fəalı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025