Mobil versiya
Milyarderdən FANTASTİK TƏKLİF: Qızımı alana 180 milyon dollar verəcəm - FOTO
Tarix: 31-08-2016 | Saat: 15:33
Bölmə:Media | çapa göndər




Honkonqlu milyarder Sesil Çao maraqlı təkliflə diqqət mərkəzinə düşüb.
“Cheuk Nang Holdings Ltd.” şirkətinin sahibi kişilərə səslənib. O, qızını ərə getməyə razı salan kişiyə 180 milyon dollar vəd edib.
Düşünə bilərsiz ki, bəlkə də artıq kimsə Çaonun qızı Cicini yola gətirə bilib. Ancaq hələ ki, “yox” cavabı alan 20000 təklif olub. Müsbət cavab isə yoxdur. Niyə?

Məsələ burasındadır ki, Cici 10 ildən çoxdur Şon İv adlı həmcinsi ilə münasibətdədir. Əlbəttə, milyarder Sesil Çao da hər bir valideyn kimi övladının xoşbəxtliyini arzulayır. Məhz buna görə, o, əvvəlcə qızına görə 40 milyon dollar mükafat vəd edib. 20000 təklifin boşa çıxdığını görəndən sonra məbləği 180 milyona qaldırıb. Sesil əmindir ki, pul əvvəl-axır öz işini görəcək.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024