Eltun Süleymanov: “Cəbrayıl rayonu yenidən qurulur, əzəli və əbədi sakinlərini qoynuna almağa tələsir”
Tarix: 03-10-2023 | Saat: 10:45
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər
“Cəbrayıl rayonu, ana Vətənimizin gözəllər-gözəli Qarabağın bir parçası, qəlbimizin hərarəti, gözlərimizin nurudur. Coğrafi ərazisində 4480 hektar çeşidli ağac və bitki növləri ilə zəngin meşə, 58686 hektar əkin və otlaq sahəsi, 1077 hektar meyvə və 5385 hektar üzüm bağları rayonun varı-varidatı idi. Uzaq əsrlərdən soraq verən Xudafərin körpüləri, bənzərsiz qədim memarlıq abidələri, yaşı lliklərlə ölçülən nəhəng çinar ağacları, 118 kəhriz, 99 bulaq bu gözəl bölgənin adını dillər əzbəri etmişdi.
Tarixi düşmənlərimiz tərəfindən ata yurdumuzun işğalı nəticəsində rayonun 1 şəhəri, 4 qəsəbəsi, 92 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılmış, 132-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələri erməni vandalizminə məruz qalmışdır. Bununla bərabər, rayon ərazisindəki 13147 fərdi yaşayış evi, 886 ictimai bina, 8 sənaye, 44 kənd təsərrüfatı, 149 mədəniyyət, 91 təhsil, 1 məktəbdənkənar müəssisə, 3 uşaq musiqi məktəbi, 1 Texniki Peşə məktəbi, 77 səhiyyə, 96 məişət xidməti obyekti, 65 rabitə, 56 körpü, 28 su anbarı, 32 nasos stansiyası, 65 km qaz kəməri, 11 tikinti müəssisəsi düşmən əlinə keçmişdir. Erməni faşistləri bütün bu obyektləri darmadağın etməklə ərazini yaşamaq üçün qeyri-mümkün hala salmışdılar.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağ-Tumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, Şıxlar kəndi yaxınlığında "şəhərcik qalıqlar", "Qışlaq yerləri", Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri həm tarixi və həm də arxoloji baxımdan çox qiymətli memarlıq abidələridir. Bunlarla yanaşı Doğtumas kəndindəki "Başıkəsik Kümbəz", Sirik kəndindəki "Qala", Diri dağındakı "Qız qalası", Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı" Azərbaycan memarlığının nadir inciləri hesab edilməyə layiqdir. Bu baxımdan Şıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin də hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu sayda yazılı abidələr vardır ki, bunlardan biri - Ağoğlandakı Orxon yazılı abidəsi ulu keçmişimizin izlərini əks etdirən ən dəyərli daş salnamələrdən biridir.”
Eltun Süleymanov bildirib ki, “2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən mühaibəsinin ilk günlərində Cəbrayıl rayonun ərazisi erməni işğalçılarında təmizlənmişdir. Hələ 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
Ölkəmizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsi, o cümlədən Cəbrayıl rayonu yenidən qurulur, əzəli və əbədi sakinlərini qoynuna almağa tələsir. Bu gün o torpaqlar uğrunda canından keçən minlərlə igid oğullarımızın ruhu şaddır. “
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024