Mobil versiya
Dostluq və qardaşlığın təntənəsi
Tarix: 28-09-2023 | Saat: 11:50
Bölmə:Siyasət / Özəl | çapa göndər

Dostluq və qardaşlığın təntənəsi

Qardaşlığın əsl nümunəsini dünyaya nümayiş etdirən Azərbaycan və Türkiyə əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduqlarını atdıqları bütün addımlarda, irəli sürdükləri təşəbbüslərdə təsdiqləyirlər. 44 günlük İkinci Qarabağ müharibəsindən bugünədək dünya Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndiyinin şahidi olur. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində xüsusi qeyd edilir ki, qardaş Türkiyə Vətən müharibəsi başlandığı andan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi. Bu dəstək Azərbaycana güc verdi.Sentyabrın 19-da başlayan və 24 saat davam edən antiterror əməliyyatı zamanı da Türkiyə Azərbaycanın yanında oldu və bizim haqq işimizi dəstəklədi.
Xalqlarımızın qardaş və dost kimi bir-birinə möh¬kəm tellərlə bağlanmasında danılmaz xidmətləri olan böyük liderlər – Mus¬tafa Kamal Atatürk və Heydər Əliyevin adlarını daim ehtiramla anmağımızın əsas səbəbi budur. İyirminci əsrin əv¬vəllərində Atatürkün “Azərbaycanın se-vinci sevincimiz, kədəri kədərimizdir”, yüzilliyin sonlarında Heydər Əliyevin “Azərbaycan və Türkiyə – bir millət iki dövlətdir” kəlamları xalqlarımızın bir-birinə hansı tellərlə bağlı olduğu¬nun göstəricisi və sübutudur.
Sentyabrın 25-də Naxçıvana gələn Tükiyə Cümhurbaşqanı, Türk dünyasının önəmli dövlət başçısı və Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali baş Komandan Naxçıvanda İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iştirak etdilər.
Bir sıra mühüm sənədlərin imzalanmasından sonra hər iki dövlətimizin başçıları mətbuata bəyanatla çıxış edərək Türkiyə-Azərbaycan əlaqələrinin indiki vəziyyəti, habelə, son günlərdə baş verən hadisələr haqqında fikirlərini bildirdilər.
Cənab Prezident İlham Əliyev Naxçıvanın bir zamanlar qazsız, işıqsız qaldığını, təcavüzlə mübarizədə ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində işğala məruz qalmadığını bildirərək İğdır-Naxçıvan qaz kəmərinin Naxçıvanın enerji təhlükəsizliyinin tmən ediləcəyini bildirmişdir: “...o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan faktiki olaraq mühasirədə idi. İşıq yox, qaz yox, qışlar da çox soyuq keçir və 15 il Naxçıvan qazsız yaşamışdır.
Ancaq 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq.”
Şuşa bəyannaməsinin imzalanmasını tarixi hadisə adlandıran cənab İlham əliyev bu gün həmin sazişin nəticəsində yaranmış situasiyanı da müsbət qiymətləndirmişdir: “İki il bundan əvvəl Şuşa şəhərində - uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində Şuşa Bəyannaməsi - müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq. Bu gün təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz xətti - vaxtilə biz Sizinlə TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik - bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir.”
“Biz Azərbaycanda həqiqətən tarixi anlar, günlər, illər yaşayırıq. İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimiz, beş gün bundan əvvəl uğurlu əməliyyat nəticəsində suverenliyimizin bərpası tarixi hadisələrdir və haqlı olaraq bununla qürur duyuruq”-deyən cənab Prezident İlham Əliyev bu anların yaşanması üçün bizə göstərdiyi dəstəyə görə qardaş Türkiyəyə, cənab Prezident Ərdoğan isə zəlzələ zamanı bizim tutduğumuz mövqeyə görə minnətdarlıqlarını bildirdilər və bunu qardaşlığın nümunəsi adlandırdılar.
Bəli. İki qardaş xalqın həyat mübarizəsi birlikdə davam edir. Biz birlikdəı güclüyük. Bizim müdrik rəhbərlərimiz öz qardaşlıq nümunələri ilə qəlbimizdə fərəh hissi oyadır. Cənab Rəcəb Tayyib ərdoğanın bu səfərini də dostluğun və qardaşlığın təntənəsi adlandırmaq olar.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024