Sevgilinizi yataqda belə rahatladın – Seksual masaj
Tarix: 23-08-2016 | Saat: 15:12
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Sevgilinizlə yaxşı vaxt keçirmək üçün seksual masaj hərəkətlərini də bilməyiniz pis olmaz.
Bunun üçün masaj mütəxəssisinin yanında kurs keçmənizə ehtiyac yoxdur. Sadəcə xoşladığınız aromalı yağ kifayət edər. Əvvəlcə otaqda sakit və xoş bir ortam yaradın. Səs tonunuzu aşağı salaraq, pıçıldayırmış kimi danışın. Başdan ayağa doğru masaj etdiyinizi düşünün, gerisi özü gələcək.
Aile.lent.az seksual masajın edilmə qaydalarını təqdim edir.
Gicgah masajı
Sevgilinizin gicgah və qaşlarının arasındakı bölgədə xətlər çəkin. Burnunun iki yanından göz çuxurlarının yanaqlarıyla birləşdiyi bölgəyə doğru barmaqlarınızı sürüşdürün, ordan yenidən gicgahlara qalxın. Gicgah masajı eyni zamanda effektli ağrıkəsici masaj növüdür.
Boyun masajı
Sevgilinizin baş və boyunla çiyinlərin birləşdiyi bölgəyə, eləcə də boynuna edəcəyiniz masaj bir az fərqli olmalıdır. Əllərinizlə həmin bölgəyə dairələr çəkərkən arada bir işarət barmağınızla baş barmağınız arasına alacağınız bölgəni iki üç saniyə sıxın, sonra buraxın. Əzələlərinin gəvşədiyini, rahatladığını görəcəksiniz.
Sinə bölgəsi
Əllərinizi sinə bölgəsinə qoyun. Əllərinizin bir-birindən 5 sm-ə qədər uzaq olmasına diqqət edin. Yuxarı və aşağı hərəkətlərlə arada dairələr çəkərək masaj edin.
Ayaq masajı
Ayaq barmaqlarının bitimindən dabana qədər baş barmağınızla basın və basaraq dairəvi hərəkətlərlə masaj edin. Təzyiqlə basmanız mühüm masaj hərəkətləri arasındadır, belə sevgilinizin qıdığının gəlməməsinə səbəb olmazsınız. Ayaq biləklərinə yenə yüngülcə basdıqdan sonra yuxarı doğru dairəvi hərəkətlərlə masajı davam edin. Ayaqların ön və arxa bölgələrini masaj edin.
Susam yağı - Dərinin dostu olan susam yağı quru dəriləri yumşaldır, qidalandırır, cinsi gücü artırır. Şəkər xəstələrinin də dostudur. İmmunitet sistemini gücləndirici təsiri var. Tərkibindəki dəmir və minerallar sayəsində qansızlığa faydalıdır. Oynaq problemləri və revtmatizmə qarşı susam yağı istifadə edilir. Yorğunluğa qarşı da enerji verir. Odur ki, masaj zamanı istifadə etmək faydalıdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024