Mobil versiya
Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI
Tarix: 22-09-2023 | Saat: 14:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu

Son 2 il ərzində atəşkəs rejiminin ermənilər tərəfindən 258 dəfə pozulduğu qeydə alınıb.

aia.az xəbər verir ki, bu barədə Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında atəşkəs rejiminin tətbiq olunması məqsədilə təsis edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumat yayıb.

Bölgədə sülh və əmin-amanlığın bərqərar olması məqsədilə fəaliyyət göstərən mərkəz özünün kəşfiyyat və müşahidə texnikası ilə atəşkəsin pozulması hallarını qeydə alır və atəşkəsin pozulduğuna dair hər iki tərəfdən gələn bildirişləri izləyir. Zəruri tədbirlərin görüldüyü mərkəzdə eyni zamanda atəşkəsin pozulma halları sənədləşdirilir.

Beləliklə, Türkiyə-Rusiya Birgə Mərkəzi 30 yanvar 2021-ci il tarixindən etibarən Ermənistan tərəfindən 258 atəşkəs pozuntusunun baş verdiyini müəyyən edib.

Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-dan fəaliyyət göstərməkdədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə