Ədalətin təntənəsi
Tarix: 22-09-2023 | Saat: 13:39
Bölmə:Siyasət / Özəl | çapa göndər
İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra Ermənistanın təcavüz ritorikasından, revanşizmdən əl çəkəcəyini gözləmək sadəlövhlük olardı. Təbiidir ki, biz bunu o qədər gözləmirdik və erməni xislətinə bələd idik. Lakin ermənilər daha da uzağa gedərək nəinki təmas xəttində, hətta Azərbaycan Ordusunun mövqe dərinliklərində mina terroruna üstünlük verməyə başladılar və nəticə isə 19-20 sentyabr antiterror əməliyyatı ilə sonuclandı. Cəmi 24 saat ərzində şanlı Azərbaycan ordusu Üçtərəfli Bəyanatın ziddinə olaraq hələ də Qarabağ bölgəsindən çıxarılmayan Ermənistan ordusunun tör-töküntülərini və separatist rejimin silahlı quldur dəstələrini darmadağın etdi.
Bu qələbə münasibətilə Azərbaycan xalqına müraciət edən Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev əməliyyatı zəruri edən amillərə və Azərbaycan dövlətinin bundan sonrakı fəaliyyətinə aydınlıq gətirmişdir.
Cənab Prezident müraciətində bildirmişdir ki, “Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır.”
Ölkə başçısının ciddi tapşırığına əsasən 24 saat əməliyyat keçirən peşəkar ordumuz bir dənə də olsun mülki obyekti, mülki şəxsi hədəf almamış, yalnız legitim hərbi hədəflər məhv edilmişdir. Baxmayaraq ki, xalqımızın yaddaşından Xocalı, Daşaltı, Ağdaban faciələri çıxmayıb, amma ermənilərdən fərqli olaraq humanitar prinsiplərə tam əməl edilmişdir.
“Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”-deyə cənab Prezident İlham Əliyev vurğulamışdır.
Məlumdur ki, antiterror əməliyyatının başlanmasından sonra ermənilər həmişə olduğu kimi yalvarmağa, vasitəçilər axtarmağa, bəzi hallarda isə himayədarlarının hədə-qorxu ritorikasına bel bağlamağa başladılar. Lakin cənab Prezidentin qətiyyəti və sona qədər əməliyyatın davam etdiriləcəyi fikri Ermənistanın ipini əlində tutanların belə, təcili şərtlərimizi qəbul etməsinə məcbur olduqlarını göstərmişdir.
Atılan addımların və görülən tədbirlərin legitim olduğunu, proseslərin Azərbaycan ərazisində cərəyan etdiyindən bunun ölkəmizin daxili işi olduğunu vurğulayan qalib Sərkərdə bəyan etdi ki, “Ona görə bütün bu amillər bir daha onu göstərir ki, qanunsuz kriminal xunta rejimi azğınlaşıb, harınlaşıb və qudurub. Unudub ki, onlar Azərbaycan ərazisində yaşayırlar. Ona görə bizim bütün addımlarımız legitimdir, hüquqidir, ədalətlidir və bütün addımlara görə biz həm məsuliyyət daşıyırıq, həm qürur hissi keçiririk. Yenə də deyirəm, antiterror tədbirləri yüksək peşəkarlıqla, dəqiqliklə elə aparıldı ki, mülki əhali zərbə altına düşmədi, mülki infrastruktura zərər vurulmadı. Ancaq düşmən mövqeləri, onların silahları, texnikaları məhv edildi.”
Dəfələrlə dəvət edilmələrinə baxmayaraq özlərini naza qoyan ermənilər dəmir yumruğun dadını bir daha hiss etdikdən sonra Yevlaxda görüşməyə və reinteqrasiya şətrlərini qəbul etməyə hazır olduqlarını bildirərək ağ bayraq qaldırmağa məcbur oldular. 24 saat belə Ordumuzun qarşısında duruş gətirə bilməyənlərin indiyə qədər harınlamasının və cənab Prezidentin təbirincə desək, qudurmalarının arxasındakı qüvvələr də geri çəkilmək zorunda qaldılar.
Dövlətimizin bundan sonrakı addımlarını şərh edən cənab İham Əliyev demişdir:” Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir.
Ermənistan bu dövr ərzində - dünən, bu gün deyə bilərəm ki, gözlənilmədən siyasi səriştə göstərib və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək.”
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ermənilərə daha bir şans tanıdı. Bu Azərbaycan xalqının, onun müdrik rəhbərinin humanist ideallara sadiqliyinin nümunəsidir. Amma bir şərt var ki, bu şans insan kimi, vətəndaş kimi yaşamaq tərzini qəbul edənlərə aiddir. Müharibə caniləri isə mütləq öz cəzalarını alacaqlar. Çünki bunu ilahi ədalət tələb edir. Soyqırıma məruz qalmış minlərlə soydaşımızın ruhu tələb edir. Qazandığımız qələbə isə ilahi ədalətin təntənəsidir.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-10-2024