Eltun Süleymanov: “Bizi antihumanist adlandıran ermənilər və onların havadarları humanizmin necə olduğunu gördülər”
Tarix: 22-09-2023 | Saat: 10:00
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər
“20 sentyabr 2023-cü il də tarixə qovuşdu. Özü də xalqımızın tarixinə qızıl hərflərlə yazılan gün kimi.3 il əvvəlki Zəfərimizə bir Zəfər daha əlavə olundu. Müzəffər Azərbaycan Ordusunun cəmi 24 saat fəaliyyəti nəticəsində Qarabağda illərlə kök salmış qondarma rejim cəhənnəmə vasil oldu və ağ bayraq qaldıraraq aman diləməyə başladı.
Bu tarixi qələbə münasibətilə Azərbaycan xalqına müraciət edən Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev bir daha Azərbaycanın haqlı mövqeyini, keçirilən əməliyyatın legitimliyini diqqətə çatdıraraq bundan sonra da ərazi bütövlüyümüzün tam bərpası üçün lazımi tədbirlər görüləcəyini qeyd etdi.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, 44 günlük müharibədə Zəfər qazanan Azərbaycan öz ərazisində boz zonanın mövcudluğu ilə heç vaxt barışmayacağını dəfələrlə bəyan etsə də Ermənistan Azərbaycanın şərti sərhədində təxribatları intensivləşdirərək vəziyyəti gərginləşdirdi və ona dayaq verənlərin Azərbaycanla müharibəyə qoşulmasını istədi. Amma İran Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirərək ölkəmizlə heç bir müharibə etmək fikrində olmadığını bəyan etdi. O cümlədən Rusiya da Ermənistanın Azərbaycanının suveren ərazilərin bütövlüyünün parametrlərini açıqlayaraq tanıdığını bildirərək Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu bir daha bəyan etdi. Paşinyan yenidən müharibə baş verərsə məhv olunacağından qorxaraq yenə də telefon dəstəyi arxasına keçərək ABŞ, Fransa , Almaniya, İran, Gürcüstan rəhbərlərini yığmağa başladı. Heç yerdən bir kömək ala bilməyən Ermənistan qorxaraq sülh müqaviləsi ilə bağlı yenidən Azərbaycanla təcilli müzakirələrin aparılmasına hazır olduğunu bildirdi. Bütün bu proseslər onu göstərdi ki, Ermənistan və Fransanın separatçılıqla bağlı Azərbaycana qarşı həyata keçirmək istədikləri bütün planlar iflasa uğradı. Beləliklə, Ermənistan yenə də təkləndi və dünyadan təcrid olunaraq rəzil vəziyyətə düşdü.
Mina terroruna, diversiya hərəkətlərinə üstünlük verən Emənistan və Xankəndidəki xunta rejimi bir daha sübut elədi ki, 3 il əvvəl başlarına gələnlərdən nəticə çıxarmayıblar. Özgələrin əlində oyuncağa çevrilən bu məxluqlar saxta vədlərə aldanaraq və erməni riyakarlığını işə salaraq torpaqlarımızda at oynatmağa başladılar.
Nəticə isə göz qabağındadır. Ölkəmizin başçısı Müraciətində ant iterror əməliyyatının nəticələrini açşıqlayaraq dedi: “Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır.”
Bizi antihumanist adlandıran ermənilər və onların havadarları humanizmin necə olduğunu gördülər. Əməliyyat müddətində bircə dənə də mülki obyekt, mülki şəxs hədəf alınmadı, yalnız legitim hərbi hədəflər məhv edildi.
Eltun Süleymanov qeyd etmişdir ki, “ bundan sonra ermənilərin inteqrasiya prosesi başlayacaqdır. Biz kimsənin öz evindən-eşiyindən didərgin düşməsini istəmirik. Amma bu şərtlə ki, vətəndaş kimi qanunlara boyun əyməli, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Kim bu şərtləri qəbul edərsə buyurub azad şəraitdə digər vətəndaşlar kimi yaşaya bilərlər.Lakin yenidən revanş götürmək istəyi baş qaldıracağı təqdirdə Dəmir yumruq öz işini görəcəkdir. Cənab Prezident xalqın iradəsini ifadə edərək bildirmişdir: “Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”
Bəli, artıq dünya da, ermənilər də, onların havadarları da Qarabağın Azərbaycan olduğu həqiqətini qəbul etmək zorundadır. Qarabağda istənilən əməliyyatın keçirilməsi də bizim suveren hüququmuzdur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024