Mobil versiya
Daha bir ölkə Rusiya nömrəli avtomobilləri sərhəddən buraxmayacaq
Tarix: 15-09-2023 | Saat: 17:30
Bölmə:Dünya | çapa göndər

Daha bir ölkə Rusiya nömrəli avtomobilləri sərhəddən buraxmayacaq

Finlandiya Rusiya qeydiyyat nömrəli minik avtomobillərinin ölkəyə girişini qadağan etməyi planlaşdırır.

aia.az xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" agentliyi məlumatlı mənbəyə istinadən yazıb.

Bildirilib ki, Finlandiya Aİ-nin ümumi xəttinə riayət etmək istəyir. Agentliyin məlumatına görə, bu gün xarici işlər naziri Elina Valtonen bu məsələ ilə bağlı ictimaiyyəti məlumatlandıracağı gözlənilir.

"Yle" agentliyi bildirib ki, Rusiyada qeydiyyatda olan və içində on nəfərdən az olan avtomobillər artıq sərhədi keçə bilməyəcək. Qaydaya bəzi istisnalar var. Qadağanın nə vaxt qüvvəyə minəcəyi ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki,Estoniya, Latviya və Litva bu həftə oxşar qərar qəbul ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2024