Mobil versiya
Vətən müharibəsi şəhidlərimizin əkiz bacı-qardaşı dünyaya gəldi - VİDEO
Tarix: 14-09-2023 | Saat: 18:03
Bölmə:Səhiyyə | çapa göndər

Vətən müharibəsi şəhidlərimizin əkiz bacı-qardaşı dünyaya gəldi

Mərkəzimizdə 44 günlük Vətən müharibəsi şəhidlərimiz Məmmədov Cavid və Məmmədov Çingiz qardaşlarının əkiz bacı-qardaşı dünyaya gəlmişdir.

Şəhidimizin valideynlərinin yenidən övlad sahibi olması sevincində rolu olan həkim və tibbi personalımızın müşayətində əkizlər bugün evə yazıldı. Bakı Sağlamlıq Mərkəzi kollektivi olaraq Məmmədovlar ailəsinin xoş anlarına şərik olmaqdan məmnunluq duyur və bunu sizlərlə paylaşırıq.
Vətən müharibəsində böyük şücaətlə döyüşən və Azərbaycanın ərazi bütövlüyü, Vətən torpaqlarının azadlığı uğrunda Şəhadət zirvəsinə ucalan şəhidlərimizdən olan Məmmədov qardaşlarının valideynləri övlad itkisinin çox ağır dərd olduğunu, lakin yeni doğulan övladlarının onlara təsəlli verəcəyini bildirib.

Şəhid atası bu xoşbəxtliyi onlara yaşatdıqları üçün klinikamızın Reproduktiv Sağlamlıq Mərkəzinin rəhbəri, uzman mama-ginekoloq Dr. Öndər Tulumbacı və Mərkəzimizin neanatoloqu Dr. Gilə Nəcəfovaya öz təşəkkürlərini bildirdi. Əkiz bacı-qardaşlara Zəhra və Hüseyn adları qoyulub.

Qeyd edək ki, Məmmədov qardaşları Vətən müharibəsində şəhid olublar. Şəhadətlərindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "İgidliyə görə", "Laçının azad olunması", "Suqovuşanın azad olunması", “Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif ediliblər.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2024