Mobil versiya
YAP Cəbrayıl rayon təşkilatının rəhbərliyi Abşeron rayonuda görüş keçirilib -Foto
Tarix: 14-09-2023 | Saat: 17:30
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Cəbrayıl rayon təşkilatının rəhbərliyi Abşeron rayonuda görüş keçirilib

YAP Cəbrayıl rayon təşkilatının rəhbərliyinin,YAP fəalları və Cəbrayıl rayonundan olan keçmiş məcburi köçkünlərlə Abşeron rayonu Mehdiabad qəsəbəsi Qarant yaşayış massivində görüş keçirilmişdir.Görüşdə Milli Məclisin deputatı Ceyhun Məmmədovda iştirak etmişdir.Görüşdə iştirak edən partiya fəalları ilə yanaşı bitərəflərlə birlikdə ,Balyand,Cəbrayıl şəhər,Hacılı,Sarıcallı kənd ərazi partiya təşkilatlarının sədrləri və müavinləridə iştirak etmişdir. Görüşdə Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin,rəhbərliyi ilə möhtəşəm uğurlara imza atdığını bildirən rayon təşkilatının sədri,Arif Fərzəliyev,44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, işğaldan azad olunan ərazilərdə aparılan sürətli quruculuq işlərindən, möhtəşəm böyük qayıdışın reallaşmasından söhbət açıb və Yeni Azərbaycan Partiyasının VII qurultayında təsdiq olunmuş partiyanın yeni Nizamnaməsi və Siyasi partiyalar haqqında qəbul olunmuş yeni qanun barəsində, görüş iştirakçılarına geniş məlumat verib.Milli Məclisin deputatı Ceyhun Məmmədov,son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurların, dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə şanlı yer almasını vurğulamış, postmüharibə dövründə partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dünyada söz sahibinə çevrilməsinə, iqtisadiyyatımızın sürətli inkişafının təmin edilməsinə, insanlarımızın təhlükəsizliyinin və rifah halının daha yüksək səviyyəyə çatdırılmasına nail olduğumuzu qeyd etdi. Sonra vətəndaşların şikayət və təkliflərinə qulaq asıldı və qeyd edildi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə