Mobil versiya
Tələbə adı qazanan şəhid övladları... - 3 ŞƏHİD XANIMI DA ALİ MƏKTƏBƏ DAXİL OLUB VİDEO/FOTO
Tarix: 14-09-2023 | Saat: 15:46
Bölmə:Seçki 2024 | çapa göndər

Tələbə adı qazanan şəhid övladları...

Təhsil mövsümü şəhid ailələri üçün də şad xəbərlərlə başladı. 18 şəhid əmanəti tələbə adını qazandı.

Sozcu.info xəbər verir ki, şəhid əmanətlərinin bütün əlamətdar günlərində yanlarında olan “Fire Land group” “Balıqçı” restoranı ilə bərabər tələbə adını qazanmış şəhid əmanətlərini bir araya toplayıb, onların şərəfinə ziyafət təşkil olunub.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin rəhbəri Akif Maarifli, Xalq artisti Əlixan Səmədov, gənc müğənnilər Gülzar Fərəcova, Nihad Orucov, Murad Azərlinin qonaq olduğu tədbir tanınmış aparıcı Kamilə Babayeva tərəfindən idarə edilib. Qeyd edək ki, tələbə adını qazananlar arasında yeniyetmə şəhid övladları ilə yanaşı, 3 şəhid xanımı da var. Onlar “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin kordinatorları olan, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunmuş Şəhid Orucov Nailin xanımı - Ağamalıyeva Nigar, Bakı Biznes və Kooperasiya kollecinə qəbul olunmuş şəhid Əzizov Elçinin xanımı - Əzizova Sevda, Ukrayna universitetinə qəbul olunmuş Şəhid Musayev Sədinin xanımı - Musayeva Gülşaddır.

Tələbə adını qazanmış 18 şəhid əmanətinə hədiyyə olaraq “Baku city residence”in rəhbəri Ramil Məhərrəmov tərəfindən 18 ədəd planşet təqdim edilib. Həmçinin tələbə xanımlara güllər hədiyyə edilib.

AYB-nin üzvü, “Fire Land group”un rəhbəri olan Cəlal Qurbanov günün önəmi ilə bağlı bu fikirləri söyləyib:

“Baxmayaraq ki, şəhidlərimiz onlardan çox uzaq bir dünyadadırlar, şəhid əmanətləri atalarına, həyat yoldaşlarına verdiyi sözləri yerinə yetirmək, onların ruhlarını şad etmək üçün əllərindən gələni edirlər, şəhidlərimizin yüksək məqamına layiq davranış və həyat yolunda addımlayırlar. Onlar təklik hiss etməsinlər deyə , biz şəhid əmanətləri ilə bütün uğurları, eləcə də enişli-çıxışlı məqamları bir yerdə keçmək istəyirik. Bizim aramızda yaranan doğmalıq əbədidir. Hələ şəhid övladları yeni həyata qədəm qoyacaq, ailə quracaq, valideyn olacaqlar. Əminəm ki, buraya yığışan hər kəs önəmli günlərin hamısında iştirak edəcək”.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə