Mobil versiya
Millət vəkili Könül Nurullayeva vətəndaşlarla növbəti qəbulu həyata keçirib -Fotolar
Tarix: 14-09-2023 | Saat: 12:37
Bölmə:Manşet / Seçki 2024 | çapa göndər

Millət vəkili Könül Nurullayeva vətəndaşlarla növbəti qəbulu həyata keçirib

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Deputat qəbul zamanı vətəndaşlarla görüşərək, onların çatdırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Könül Nurullayeva, həmçinin Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Yavər Səfərov küçəsi 17,19, 21, və 23 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub. Bildirmək istərdik ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında binaların cari təmir məsələləri, binalara fasilələrlə suyun verilməsi nəticəsində yaranan çətinliklər, kanalizasiya sisteminin təmir olunması, qazilərimizi narahat edən bəzi məsələlər, məşğulluq problemi və s. bu kimi müxtəlif yönümlü məsələlər başlıca yer almışdır. Millət vəkilinin qərargahından verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə