Mobil versiya
Fergus Auld Ağdam-Xankəndi yolunun açılmasına MÜNASİBƏT
Tarix: 13-09-2023 | Saat: 16:58
Bölmə:Siyasət | çapa göndər

Fergus Auld  Ağdam-Xankəndi yolunun açılmasına

Ağdam-Xankəndi yolundan Qarabağdakı ermənilərə humanitar yardım aparan Rusiya Qırmızı Xaç Cəmiyyətinə məxsus yük maşınının keçidini alqışlayırıq.

aia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld sosial media hesabında qeyd edib.

“Növbəti addım kimi, BQXK-nin Ağdam-Xankəndi və Laçın yolundan istifadə edərək Qarabağa humanitar yardımları çatdırmasını dəstəkləyirik”,- deyə səfir bildirib.

Qeyd edək ki, ötən gün Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub. Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə doğru hərəkət edib.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü 2 gündür Bərdə şəhərində gözlədilirdi. Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-04-2026