Azərbaycan sülh sazişi ilə bağlı şərhlərini Ermənistana təqdim edib
Tarix: 13-09-2023 | Saat: 15:24
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə əlaqədar olaraq Azərbaycan tərəfi qısa müddət ərzində öz şərhlərini Ermənistan tərəfinə təqdim edib".
aia.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan rəsmilərinin sülh sazişi ətrafında əsassız bəyanatları ilə bağlı yerli mətbuatın sualına cavabında bildirib.
Onun sözlərinə görə, Ermənistan mətbuatının yaydığı bu məlumatlar həqiqəti əks etdirmir və Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır.
Xatırladaq ki, Ermənistan Respublikasının bir sıra rəsmiləri tərəfindən Azərbaycan və Ermənistan arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası tərəfindən cavab şərhlərinin verilmədiyi iddiaları səslənməkdədir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-06-2025
09:01 Xameneyi: Döyüş başlayır
17-06-2025