Natiq İsmayılov: “Ulu Öndər Heydər Əliyev hələ sovet dönəmində Azərbaycan səhiyyəsinin inkişafı üçün güclü zəmin yaratmışdı”
Tarix: 10-09-2023 | Saat: 14:04
Bölmə:Siyasət | çapa göndər

“Bu il bütün Azərbaycan xalqı müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, milli azərbaycançılıq məfkurəsinin müəllifi, xalqın xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü tükənməz sevgi və sonsuz ehtiram hissi ilə qeyd edir. Ömrünün 35 ilə yaxın bir dövründə Azərbaycana rəhbərlik edən Ümummilli Lider Heydər Əliyev bütövlükdə Azərbaycan Respublikası ilə birlikdə həm də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin ən möhtəşəm memarı, yaradıcısı, qurucusu, dinamik inkişafının tənzimləyicisi kimi şüurlara, yaddaşlara əbədi həkk olunub. Ümummilli Lider 1969-cu il iyulun 14-də Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə gəlməsi ilə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişafını həmahəng surətdə ardıcıllıqla həyata keçirməyə, yeniliyə, tərəqqiyə sədd yaradan keçmişdən miras qalmış maneələri, lüzumsuz stereotipləri inamla dəf etməyə, aradan qaldırmağa başladı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə ən mütərəqqi və müasir islahatların tətbiqi, həyata keçirilməsi meydanına çevrildi.”
Bu sözləri saytımıza verdiyi müsahibəsində Şəki Rayonlararası Psixiatriya xəstəxanasının baş həkimi Natiq İsmayılov deyib.
Müsahibimiz qeyd edib ki, Ulu Öndər ötən əsrin 70-80-ci illərində həyata keçirdiyi milli inkişaf strategiyasının tərkib hissəsi kimi elm, təhsil və səhiyyə sistemlərinin də yüksəlişini təmin edərək, bu sahələrin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirib: “Dahi rəhbər həmin dövrdə, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə, o cümlədən tibb elmi və tibb təhsili və səhiyyə sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdu. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev respublikamızın səhiyyə sistemi sahələrinin beynəlxalq miqyasa çıxmasına, onların dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmışdı. Həmin illərdə Azərbaycanın sözügedən sistemlərində ölçüyəgəlməz islahatlar aparılır, o zamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilir, tibbi kadr hazırlığında öz sözünü cəsarətlə deyə bilirdi. Ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində saxladığı və qayğı göstərdiyi vacib məsələlərdən biri də respublikanın səhiyyə sahəsində kadr potensialının möhkəmləndirilməsi, elmlər doktorları və namizədlərin hazırlanması idi. Həmin dövrdə kadr çatışmamazlığı səhiyyə sistemində ən böyük problemlərdən idi. Bütün bunları təhlil edən Ulu Öndər Heydər Əliyev bu problemi Səhiyyə Nazirliyinin, Tibb İnstitutunun və Elmlər Akademiyasının rəhbərliyi ilə müzakirə edərək vəziyyətdən çıxış yollarını araşdırdı və həmin qurumlar qarşısında konkret vəzifələr qoydu. Bununla kifayətlənməyən Ulu Öndər ozamankı SSRİ Səhiyyə Nazirliyinin, Tibb Elmləri Akademiyasının rəhbərləri ilə də danışıqlar apararaq elmi-pedaqoji kadrların hazırlanması işində respublikaya kömək göstərmələrini xahiş etdi. Məsələ onda idi ki, bu problemə diqqət o qədər azalmışdı ki, hətta rəsmi doktorantura yüksək ixtisaslı elmi-pedaqoji kadrlar hazırlama strukturu kimi ləğv edilmişdi. Odur ki, əvvəlki mərhələlərdə vaxt itirməmək məqsədilə seçilmiş istedadlı gənc kadrlar doktorluq dissertasiyası yerinə yetirmək üçün ulu öndərin tapşırığı ilə elmi-tədqiqat mərkəzinə baş elmi işçi vəzifəsinə keçirilir və Moskvanın, Leninqradın, Kiyevin, Minskin, Xarkovun və digər şəhərlərin güclü elmi mərkəzlərinə "iş yerlərinə" ezam edilirdilər. Moskvaya və digər şəhərlərə oxumağa göndərilmiş gənclərə Heydər Əliyev əsl atalıq qayğısı göstərirdi. Demək olar ki, hər il, bəzən ildə bir neçə dəfə onları Moskvada toplayır, diqqətlə arzu və təkliflərini dinləyir, yerindəcə aidiyyəti qurumlara göstərişlər verirdi. Əlaqələri möhkəmləndirmək üçün SSRİ Tibb Elmləri Akademiyasının səyyar sessiyalarının, beynəlxalq, ümumittifaq konfrans, simpozium, konqreslərin Bakıda yüksək səviyyədə keçirilməsinə nəinki şərait yaradır, hətta həmin tədbirlərin keçirilməsini öz nəzarətinə götürür, çox vaxt şəxsən iştirak edir, təbrik məktubu göndərir, qonaqları yüksək səviyyədə qəbul edir, onlardan yeganə xahişi isə gənclərimizə diqqət və qayğı ilə yanaşmaqdan, tələbələrin yüksək ixtisaslı kadrlar kimi yetişmələrinə şərait yaratmaqdan ibarət olurdu. Çox keçmədi ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü və təkidi ilə SSRİ miqyasında doktorantura sistemi bərpa edildi və onlarla perspektivli gənc tibb kadrları SSRİ-nin qabaqcıl ali tibb məktəblərində, elmi-tibbi mərkəzlərdə doktorluq dissertasiyası müdafiə etməklə yanaşı, həm də yaxşı klinisist məktəbi keçərək respublikaya qayıtdılar. Bu gün Azərbaycan səhiyyəsində çalışan alimlərimizin böyük əksəriyyəti məhz həmin dövrdə yetişmiş kadrlardır. Bu mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, yenə də həmin illərdə Azərbaycanda yüzlərlə iri müasir səhiyyə obyektləri inşa edildi, respublikadakı tibb müəssisələrinin yarıdan çoxu yeniləşdirildi, elmi-tədqiqat institutları, sağlamlıq və müalicə-profilaktika müəssisələri fəaliyyətə başladı. Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Əlillərin Reabilitasiya Mərkəzi, Kliniki Urologiya Xəstəxanası, habelə kimya-əczaçılıq zavodu və müasir profilli tibb müəssisələri açıldı, elmi-tədqiqat oftalmologiya, elmi-tədqiqat onkologiya institutları üçün müasir tipli tam təchizatlı binalar tikilib xalqın istifadəsinə verildi.”
Fikirlərini davam etdirən Baş həkim həmçinin müasir Azərbaycan səhiyyəsinin vəziyyətindən bəh sedərək bunları demişdir: “Bu gün də Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Əlamətdar haldır ki, son illərdə ölkə büdcəsində səhiyyə xərcləri dəfələrlə artmışdır. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş yüzlərlə səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilmişdir. Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri indi bir sıra hallarda dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, bəzən isə hətta onları üstələyir. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyev respublika səhiyyəsinin inkişafına qiymət verərkən demişdir: “Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik”. Səhiyyənin ən aktual problemləri üzrə qəbul edilmiş dövlət proqramlarının icrası əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyə imkan yaradır. Dövlət başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu Öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür”, - deyə Natiq İsmayılov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-06-2025
09:01 Xameneyi: Döyüş başlayır
17-06-2025