Mobil versiya
Cinsi Xəstəliklərin - ƏLAMƏTLƏRİ
Tarix: 19-08-2016 | Saat: 11:41
Bölmə:Səhiyyə | çapa göndər



Cinsi xəstəlikləri əlamətləri spesifik yani ancaq o xəstəliyə uyğun və ya ümümi ola bilər.


Simptomlar. Əlamətlər.
Əlamət və ya simptom və əlamətlər toplusu və ya sindrom hər bir xəstəliyin xəstədə biruzə verən xüsusiyyətləridir. Xəstəni həkimə aparan simptomdur, əlamətdir. Xəstəliklər müxtəlifdir və müxtəlif olduğu kimi də əlamətləri də rəngarəng və müxtəlif olur. Cinsi xəstəliklər də digər orqan və toxuma xəstəlikləri kimi ozunə məxsus əlamətləri vardır. Cinsi xəstəlikləri əlamətləri spesifik yani ancaq o xəstəliyə uyğun və ya ümümi ola bilər. Pasiyentlərimiz və Azeri vətəndaslarımızın çoxu hansı əlamətin normal və ya xəstəlik olduğunu ayird edə bilmir. Tebii ki səbəb bilgisizlik, marifsizlik, məlumatsızlıqdır təbii ki... Zatən Bir Həkim Və bir İnsan olaraq məqsədim insanlarımıza doğruyla yanlişi, həqiqətlə səhvi ayırd edə bilmələrinə yardimçi olmaqdır.

Aşağıda cinsi - seksual xəstəliklərin əlamətlərinə nəzər yetirək:
Ümumi əlamətlər: bu əlamətlər bədəndə gedən ümumi xəstəliklər fonunda baş verir. Məsələn Şəkərli diabetdə ayaqlarda ətraflarda angiopatiya deyilən problem, həmçinin də cinsi orqanlarda damar patalogiyasının olmasını işarət edir. Ürək tac damarlarını tutulması ilə gedən atreskleroz fonunda olan əlamətlər, cinsi zəifliyin də ola biləcəyini işarət edir. Qalxanabənzər vəzi xəstəliklərində olan arıqlama və ya piylənmə cinsi funksiyanın da pozulması ilə paralel gedə bilir.

Xüsusi Əlamətlər (SPESİFİK)
Sidik ifrazı problemləri: Sidik ifrazı zamanı, yandirma, göynəmə, kanalda qaşınma hissi, qarışqa gəzmə hissi, iynə batma hissi və s. (Adətən Uretrada infeksion iltihab əlamətləri)
Sidik kanalında şirə ifrazı, Öz özlüyündən gün ərzində dayanmadan axan, gələn ifrazat, adətən sarı, limonu, bulanıq boz, yaşılımtıl bulanıq, ağ, şəffaf rəngdə ola bilir. Bu şirə-ifrazat bəzən qoxulu olur. Bəzən isə Günün konkret hansısa vaxtında gələn ifrazat. Cinsi oyanma və ya əlaqəyə başlamadan oncə ÇOX miqdarda şirə ifrazı, Bulbouretral vezilərin hipersekresiyası, Pollusiya - gecələr oglanlarda qeyri iradi, yuxuda sperma xaric olması və ya boşalma. Bu 18 yaşa qədər oğlanlarda normal prosesdir amma 19 yaşdan yuxarı bu proseslər tez tez olursa bu prostat vəzidə və toxum kisəciklərində problem ola biləcəyindən xəbər verə bilər və s. Durğunluq prostatiti buna misaldır.

Sidik ifrazinda axının azalması, sidik gəlmənin ləngiməsi, sidik ifrazatı vaxti gücənmə, sidiyin qalma hissı, sidik axını təzyiqinin azalması, Tez tez sidik ifrazı, yalançi sidiyə çağırış, Sidiyin rəngində qırmızılıq, bulaniqlıq, sidiyin ifrazatdan sonra yenidən gəlməsi, sidiyi saxlaya bilməmək hissi, Gecələr qeyri iradi sidik ifrazı, Tez-tez baş verən kanalın yapışması səbəbindən haçalı sidik ifrazı, Sidik ifrazında kəskin qoxu və s.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024