"Anti-terror əməliyyatı qaçılmazdır, Ordumuz hazırdır" - AÇIQLAMA
Tarix: 07-09-2023 | Saat: 15:46
Bölmə:Siyasət | çapa göndər

“Son zamanlar Azərbaycanın Qarabağ bölgəsində yaşayan separatçı qüvvələrin təxribatlarının sayı artıb. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bir daha onları xəbərdar etdi ki, Azərbaycan ərazisində heç bir halda separatizmə yer yoxdur”.
Bunu “Unikal”a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, separatçılar deyilənlərdən nəticə çıxarmalıdırlar:
“Ermənistanın daxilində olan gərginlik, separatçılar arasında didişmələr onu deməyə əsas verir ki, onlar yenə də hansısa bir toqquşmanın marağındadırlar. Nəticədən isə əvvəldən xəbərdardırlar. Onlar bilirlər ki, heç nəyə nail ola bilməyəcəklər. Özləri bilərlər. Belə bir atalar sözü var: “Özü yıxılan ağlamaz”. Əgər ermənilər belə təxribatçı addımlarına davam etsələr, Azərbaycan qəti addımlar atacaq. Biz bunu heç vaxt gizlətməmişik. Bu, Azərbaycanın daxili işidir və haqqımızdır.
Separatçıların orada qondarma seçki keçirmələrinin və yaxud hər hansı bir “qurum” yaratmalarının heç bir prespektivi yoxdur. Həmçinin, həmin əraziyə Şahramanyanın, Vardanyanın gəlməsi də yenə heç nəyi dəyişdirməyəcək. Bununla onlar özlərinin vəziyyətlərini bir qədər də çətinləşdirəcəklər”, - deyə o vurğulayıb.
Üzeyir Cəfərov həmçinin Azərbaycan Ordusunun anti-terror əməliyyatını həyata keçirməsi ehtimalından da danışıb:
“Anti-terror əməliyyatı şəraitdən asılı ola bilər. Əgər onlar açıq təxribatlarına davam etsələr, biz də durub onlara baxan deyilik. Cavablarla və bəyanatlarla kifayətlənməyəcəyik. Onlara qarşı qəti cavab tədbirləri görəcəyik.
Anti-terror əməliyyatları qaçılmazdır. Azərbaycan Silahlı Qüvvələri buna hər zaman hazırdır. Anti-terror əməliyyatının vaxtını isə yalnız ölkə rəhbərliyi və hərbi komandanlıq bilir", - deyə hərbi ekspert qeyd edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-06-2025
09:01 Xameneyi: Döyüş başlayır
17-06-2025