Mobil versiya
Məşhurların intim etirafları: Qadınlar tualetində sekslə məşğul olmuşam
Tarix: 18-08-2016 | Saat: 17:45
Bölmə:Media | çapa göndər


Məşhur insanların həyat tərzi, yaşayışı hər zaman maraqlı olub


Tez-tez şəxsi həyatları ilə gündəmə gələn tanınmış simalar bununla da diqqətləri öz üzərlərinə çəkməyi bacarırlar. Sözsüz ki, bir çoxları üçün məşhurların intim həyatı da maraqlıdır. Onların bəziləri bunu sirr saxlasa da, bəziləri bu mövzuda səmimi olmağı bacarır. myBaku.az məşhurların seks həyatına dair sirlərlə sizi də tanış edir.

Viktoriya Bekhem

Devid Bekhemlə birlikdə olmaq necə darıxdırıcı bir hal ala bilər bilmirik, ancaq şəxsi həyatlarında şəhvət və həzzi canlı saxlamaq üçün Bekhemlər Los-Ancelesdə bir bara gedib bir-birlərini tanımırmış kimi davranırlar. Sonra isə iki yeni tanış kimi davranaraq, münasibətlərinə həyəcan qatırlar.

Beyonc və Jey-Z

Bədən quruluşu ilə kişilərin ağlını alan Beyonc ilə Jey-Z arasındakı münasibətə həyəcan qatmaq üçün yəqin ki, heç bir köməyə ehtiyac qalmır. Amma iddialara görə, bir neçə seksual qara alt paltarları onların intim həyatına rəng qatır.

Kristina Agilera

Agilera heç bir şeydən çəkinmir. Hətta cinsi həyatından açıqca bəhs etməkdən də. Bu xanımın ən seksual müğənni olması da göz qarşısındadır. Evlilik həyatında sehri saxlamaq üçün o, həyat yoldaşı Cordan Bratman ilə bazar günlərini çılpaq keçirir. Bu faktı məşhur müğənni belə etiraf edib: “Bütün gün yataqda olan ər-arvad nə edirsə, ondan edirik”.

Paris Hilton

İnternetə sızan seks görüntüləri ilə məşhur olan Parisin intim mövzuda hər şeyi ortadadır. Məşhur qadın müsahibələrinin birində deyib: “Üniformalı kişilər ağlımı alır. Yaraşıqlı bir polis möcüzəvi imicdir. Xüsusilə mavi gözlər, gözəl bir üz və möhkəm əzələlərə malikdirsə...”.

Alesha Dixon

Gözəl müğənni gizli eşqlərinin yerlərini səhv salmağı özünə hobbi bilir. O, bu mövzuda ən az paltar seçimi qədər yaradıcıdır. Dixon “Böyük bir avtomobildə sekslə məşğul olmuşam. Bəlkə də bunu hər kəs edib. Amma mən Londondakı lüks bir barın qadınlar tualetində də sekslə məşğul olmuşam. Bəs bunu kim edib?”, – deyə etiraf edib.

Heidi Klum

Hollivudun ən sevilən cütlükləri Heidi və Seal cütlüyünün münasibəti hər zaman xüsusi marağa səbəb olub. Heidi planlaşdırılmamış, gözlənilməyən bir vaxtda, uyğun olmayan bir yerdə sevgilisinin ağlını başından alaraq onu seksə təhrik etdiyini açıqlayıb.

Lisa Snoudon

Gözəl model “Mən bir kişinin geyimli olanını yox, çılpaq olanını seçərəm”, - deyib.

Mel B

Kişilərin “Spice Girls” qrupundan tanınan Meldən çəkindikləri doğrudur. Ancaq bunun səbəbi yalnız yataqda sevdiyi məqamlarla bağlı deyil. Heç təəccüblü deyil, amma gözəl müğənni yataq otağında dominant olmağı sevənlərdəndir. Üstəlik, bir qırmancı belə var.

Tess Daly

Ana olmasına baxmayaraq, seksuallığından heç nə itirməyən Tess yataq həyatındakı bu sirri açıb: “Mən boynumdan başlayaraq belimin qurtaracağına qədər yavaş-yavaş öpülməyi xoşlayıram. Qadınlar seksdə asta və yavaş olmağı sevir”.

Castin Timberleyk

Castinlə birlikdə olacaq qədər şanslı heç bir qadın şikayətçi olmaz. Amma xəbəriniz olsun, əgər belə bir şansınız olsa, bir az səssiz olmağınız lazımdır. Müğənni musiqi sədaları altında sekslə məşğul ola bilmədiyini etiraf edib. Çünki həmin vaxt diqqəti qadına deyil, musiqiyə yönəlir.

Meray Keri

Dekolte geyimləri ilə kişilərin xəyalına çevrilən ulduz Nik Cannon ilə evlənənə qədər sekslə məşğul olmadığını açıqlayıb. O, bunu belə izah edib: “İkimiz də bənzər inanclara sahibik. Düşündüm ki, əgər evlənənə qədər gözləsəm, bu, çox daha xüsusi olur. Elə düşündüyüm kimi də varıymış”.

Eva Mendes

Evanın seks həyatını canlandıran səyahətlərdir. Eva “50 əyalətdə sekslə məşğul olmuşam. Bunların çoxu gəncliyimdə etdiyim səfərlər sırasındaydı. Bəlkə də buna səbəb təmiz hava və havanı dəyişməyimdir. Təmiz hava, günəş, dəniz və spirtli içkilər məni aktivləşdirir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024