Mobil versiya
“Korovinin kürəkəni zəng edərək işdən çıxarıldığımı dedi” - Rövşanə Ağəsəfqızı
Tarix: 01-09-2023 | Saat: 15:00
Bölmə:Şou-biznes | çapa göndər

“Korovinin kürəkəni zəng edərək işdən çıxarıldığımı dedi” -

Tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı “Space TV”dəki işdən çıxarılıb.

aia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.

Məsələ ilə bağlı Rövşanə Ağasəfqızı ilə əlaqə saxladıq. Teleaparıcı heç bir səbəb göstərmədən televiziya rəybərliyinin onun müqaviləsinə xitam verdiyini bildirdi: “Əslində bu, mənim üçün də gözlənilməz oldu. Vado müəllim gələndən təxminən kanalda 80 faizə qədər işçi heyətində dəyişiklik olub. O işçilər indi yaxşı işlərdə işləyirlər. Amma mənimlə heç bir problemləri olmamışdı. Normal efirimizə çıxırdıq.

Vado Korovinin kürəkəni bizə yeni gəlib və icraçı direktor təyin olunub. Bu gün mənim məzuniyyətim bitirdi və artıq işdə olmalı idim. Lakin heç bir səbəb göstərilmədən, mən məzuniyyətdə olduğum halda, ötən gün zəng edərək bildirdi ki, artıq müqaviləmə xitam verilib. Bütün yay boyu verlişlərim təkrar efirdə gedib. Öncədən mənə heç bir xəbərdarlıq olunmayıb. İlin-günün bu vaxtı, televiziyaların yeni mövsümə başladığı zaman bunun mənə deyilməsi hesab edirəm ki, həm qeyri-peşəkarlıq, həm də insani münasibətdən uzaq bir şeydir. Başqa heç nə deyə bilmərəm. Bunu mənə may ayında desəydilər, gedib özümə iş axtarardım. Baş redaktorla da əlaqə saxladım, o da mənə bildirdi ki, heç nədən xəbəri yoxdur”.

Qeyd edək ki, "Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin fevral ayında "Space" TV-nin baş direktoru təyin edilib.

Xatırladaq ki, iki ay əvvəl digər tanınmış teleaparıcı Zamirə Dadaşova da “Space” TV-dəki işindən çıxarılmışdı. O, həmin vaxt bunu Vado Korovinin qohumlarını kanala yığaraq qanunsuzluq etməsi ilə əlaqələndirmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə