Mobil versiya
Dilqəm Əsgərovun şəkilləri ailəsini şoka saldı
Tarix: 16-08-2016 | Saat: 17:06
Bölmə:Gündəm | çapa göndər




Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayənədələri Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

Aia.az bildirir ki, bu barədə azvision.az-a Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. Onun sözlərinə görə, D.Əsgərovun səhhətində ciddi problemlər var.

Bundan əlavə BQXK nümayəndələri tərəfindən D.Əsgərovun yeni görüntüləri ailəsinə təqdim olunub.

"Beynəlxalq Qızl Xaç komitəsi atamın yeni çəkilmiş şəkillərini bizə təqdim etdi. 4 şəkil idi. Həmin şəkilləri bizə vermədlər. Şəklə baxanda atamı tanıya bilmədim, çox qocalıb. Saçı ağappaq olub.

Atam qondarma məhkəmələr zamanı çəkilən fotolarda indikindən yaxşı görünürdü. Səhhətində ciddi problemlərin olduğu üzündən görünürdü. Komitədən isə bizə həmişə olduğu kimi bildirdilər ki, atamın səhhətində problem yoxdur. Şəkillərdə göndərdiyimiz ərzaqların atama təqdim olunması da əks olunub".

D. Əsgərovun qardaşı Sahib Musayev: "Axır ki, Dilqəmdən bir xəbər ala bildik. Keçən dəfə məktubda yazdıqlarının çox hissəsinin pozulmasına etiraz etdiyimə görə, bu dəfə mənə məktub gəlmədi. Etirazlarımızdan sonra Dilqəmin şəkillərini bizə göstərdilər. Qardaşım indi 90 yaşında qoca kişiyə oxşayır. Bundan əvvəl şəklini 2015-in yanvarda göstərmişdilər. Fərq 20 ilə bərabərdir. Dilqəmin şəklini görəndə dəhşətə gəldik. İnsan bir neçə il ərzində belə qocala bilməz, şoka düşmüşük".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024