Mobil versiya
Rəsmi Bakıdan Kolonnaya cavab: Bu qəbuledilməzdir!
Tarix: 29-08-2023 | Saat: 17:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rəsmi Bakıdan Kolonnaya cavab:

Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın bölgədə sülh və sabitliyə xidmət etməyən, birtərəfli ermənipərəst mövqe sərgiləyən bu kimi açıqlamaları qəbuledilməzdir.

aia.az xəbər verir ki, bu barədə Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın səfirlər konfransında çıxışı zamanı səsləndirdiyi fikirlərə dair Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin yerli medianın sualına cavabında bildirilib.

"Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğalına, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, soyqırımı və kütləvi qırğınların həyata keçirilməsinə, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə və hüquqlarının tapdanılmasına, Azərbaycanın şəhər və kəndlərinin viran qoyulması və talan edilməsinə, Azərbaycana məxsus mədəniyyətin və tarixi abidələrin dağıdılmasına, 2020-ci il müharibəsindən sonra isə Ermənistanın həyata keçirdiyi hərbi-siyasi təxribatlara son qoymaması, Azərbaycan ərazilərindən silahlı qüvvələrinin hələ də tam çıxarılmaması kimi faktlara göz yumulması qanunsuz və qeyri-əxlaqi yanaşmanın nümunələridir.

Azərbaycan Respublikası milli qanunvericiliyi çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ölkəmizin siyasi, sosial və iqtisadi sferalarına reinteqrasiyası istiqamətində səy göstərir və bu səylərə qarşı maneçilik törədilməsi, guya erməni sakinlərin bölgədən qovulması istiqamətində siyasət həyata keçirildiyi barədə iddialar səsləndirilməsi tamamilə yanlışdır.

Bir daha, Fransa tərəfini bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymağa çağırırıq", - deyə əlavə edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024