Mobil versiya
Azərbaycan Özbəkistan əməkdaşlığı Türk dövlətləri birliyi üçün yeni imkanlar vəd edir
Tarix: 25-08-2023 | Saat: 11:06
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Azərbaycan Özbəkistan əməkdaşlığı Türk dövlətləri birliyi üçün yeni imkanlar vəd edir

Özbəkistan Respublikasının Prezidentinin Azərbaycana və Qarabağa səfəri Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə xüsusi töhfə verəcək.
Özbəkistan Prezidentinin Azərbaycana və Qarabağa dövlət səfəri zamanı Qarabağ iqtisadi zonasının Türk Dövlətləri Təşkilatına böyük töhfə verəcəyi, mühüm geosiyasi bölgə olduğu dünyanın diqqətinə çatdırıldı. Prezident İlham Əliyev Mərkəzi Asiya respublikalarına səfərlərində qeyd etdiyi kimi, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı üçün strateji yol xəritəsi əvvəlcədən elan olunub. Bununla bağlı həmin imzalanma mərasiminin məhz Bakıda keçirilməsi əhəmiyyət kəsb edir. Ölkə Prezidenti həmçinin dövlətlərarası əməkdaşlığın yeni müstəviyə keçməsinə də münasibət bildirərək qeyd edib ki, Azərbaycan və Özbəkistan ictimaiyyəti aparılan danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki icrasında görəcəklər.
İnvestisiyalarının inkişaf dinamikasına diqqəti çəkən Azərbaycan Prezidenti bu sahədə ümidverici nəticələrin reallaşacagını vurgulayıb:”Bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu çox sürətlə inkişaf edəcəkdir.”
Məsələnin mühüm əhəmiyyət kəsb edən tərəflərindən biri də budur ki, Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa bəyannaməsi Mərkəzi Asiya ölkələri ilə türk dövlətləri arasında bağlanan ən mühüm strateji xətt hesab edilir. Həmçinin Ali Dövlətlərarası Şuranın yaradılması haqqında Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında imzalanan müqavilə iki ölkə arasında imzalanan ən mühüm sənəddir. Bu sazişdən əvvəl müxtəlif istiqamətlərdə sazişlər imzalandı. Bu istiqamətlər iqtisadiyyat, o cümlədən rəqəmsal və nəqliyyat infrastrukturu sahələrini əhatə edir.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024