Mobil versiya
Gülər Sultanzadə: “Hər bir halda sülh prosesinin pozulmasında məsuliyyət Ermənistanın üzərində qalacaqdır.”
Tarix: 16-08-2023 | Saat: 18:57
Bölmə:Gündəm / Siyasət / Özəl | çapa göndər

Gülər Sultanzadə: “Hər bir halda sülh prosesinin pozulmasında məsuliyyət Ermənistanın üzərində qalacaqdır.”

“Ermənistanın rəsmi təmsilçiləri xarici ölkə təmsilçiləri ilə görüşlərdə adətən, iki "mövzu" ətrafında danışırlar. Üstəlik, nə qədər qəribə də olsa, bu iki "mövzu"dan heç birisinin Ermənistana siyasi və hüquqi cəhətdən heç bir aidiyyatı yoxdur. Yəni, rəsmi İrəvan özünə aid olmayan "mövzu"ları xarici ölkə təmsilçiləri ilə müzakirə etməklə, boşuna zaman itirməkdə davam edir. Halbuki, rəsmi İrəvan birbaşa Ermənistana aid məsələləri müzakirə etsə, bəlkə də "əbədi himayə" asılılığından çıxıb, inkişaf perspektivləri şansı da qazana bilərdi. Məsələ ondadır ki, rəsmi İrəvan bir müddət öncə Beynəlxalq Məhkəməyə Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinin qeyri-qanuni hesab olunması və Azərbaycan hərbçilərinin həmin kommunikasiya xəttindən çıxarılması barədə iddia ilə müraciət etmişdi. Rəsmi İrəvan Laçın yolu ilə nəzarətsiz hərəkətə, erməni separatçı-terrorçulara silah-sursat daşınmasının bərpasına ümid bəsləyirdi. Üstəlik, Ermənistan bu yola beynəlxalq səviyyədə "dəhliz" statusu qazandırmaq niyyəti güdürdü.
Ancaq rəsmi İrəvanın bütün ümidləri və niyyətləri yenə boşa çıxdı. Beynəlxalq Məhkəmə Ermənistanın həmin absurd iddiasını geri çevirdi. Bununla da Beynəlxalq Məhkəmə rəsmi Bakının Laçın yolunda və Azərbaycanın Qarabağ regionunda atdığı bütün addımları qanuni hesab etdiyini təsdiqlədi. Və bu önəmli qərarın beynəlxalq hüquq baxımından, real təsirləri isə tezliklə ortaya çıxmağa başlayacaq.
Lakin hələ də Ermənistanın “yengəsi” rolunda çıxış edən Fransa və digər dövlətlər ermənilərdən siyasi alət kimi istifadə etməkdə\ davam edirlər. Çünki onlar gözəl bilirlər ki, ermənilər yengəsiz yaşaya bilmirlər. Və bu xüsusiyyətlərindən yüz ildən artıqdır ki istifadə dən Rusiya indi elə vəziyyətdədir ki. Öz gününə ağalamaq zorundadır. Bundan da başqa güclər istifadə etməklə Qafqazda ata oynatmaq. Sülhə mane olmaq istəyirlər.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Müsahibimiz qeyd edib ki, “təəssüf hissi ilə qeyd etmək lazımdır ki. BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və müstəqil ekspertinin guya Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlandığı və “Dağlıq Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı barədə bəyanatla çıxış etdilər. Bu da onu göstərir ki, hətta bu beynəlxalq qurumun əməkdaşları belə BMT-nin qərarlarına hörmətlə yanaşmağı unudublar. əslində Azərbaycan öz suveren ərazisində özünə aid olan işlə məşğuldur və heç bir quru bunu bizə qadağan edə bilməz. Ona görə də bu bəyanata ölkəmiz tərəfindən sərt reaksiya ilə qarşılandı. Azərbaycan Xarici İşlər Nazirliyi bu bəyanatı dərhal cavablandıraraq bildirdi ki, 30 ildə Azərbaycan ərazilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına, son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına maneçilik törədilməsinə göz yuman BMT xüsusi məruzəçilərinin və ekspertlərinin Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar vermələri narahatlıq doğurur.
Bu ekspertlər, məruzəçilər bilməlidir ki. Artıq Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Buna görə də beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin ekspert və xüsusi məruzəçiləri də Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmalıdırlar. Dövlətimizin başçısı tarixi Zəfərimizdən sonra ilk olaraq bu çağırışı etdi ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşub, “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Bu bəyanatı Prezident İlham Əliyev 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında da səsləndirmişdir.
Azərbaycan məhz öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə özünün suveren ərazilərində Laçın sərhəd-buraxılış məntəqəsi təsis edib. Bu məntəqədən də erməni vətəndaşlar kifayət qədər normal istifadə edə bilirlər.sadəcə separatçı tör-töküntülərin bölgəyə silah-sursat daşımasına maneə yaranıb. Ermənistan da bundan istifadə edərək suyu bulandırmağa səy göstərir. Ermənistanın bu səyləri “blokada” kimi təqdim etməyə çalışmasına, nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması barədə qərar qəbul etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsinə baxmayaraq, məhkəmə 6 iyul tarixli qərarında bu tələbi yekdilliklə rədd etdi. Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin sərhəd-buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialarını davam etdirir. Bu iddialar siyasi şantaj və manipulyasiyadır. Azərbaycan hazırda bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün səy göstərir və bu məqsədlə sülh sazişi, delimitasiya, kommunikasiyaların açılması istiqamətində təşəbbüslər irəli sürür. Təbii ki, bu səyləri dəstəkləmək əvəzinə qərəzli bəyanatlar verilməsi prosesə müsbət təsir etməyəcək.”

Gülər Sultanzadə qeyd edib ki, “görünən budur ki, ermənistan bölgədə vəziyyəti gərginləşdirməklə sülh sazişini imzalamaqdan yayınır. Dünya güc mərkəzləri də hələ ki, susmaqda davam edirlər. Belə gedərsə azərbaycanın 3 il bundan əvvəlki kimi səbrinin daşacağı və sülhə məcburetmə kampaniyasına start verəcəyi qaçılmaz olacaqdır. Belə olduğu halda ermənistanın hansı təhlükə ilə üzləşəcəyini proqnozlaşdırmaq o qədər də çətin deyildir. Hər bir halda sülh prosesinin pozulmasında məsuliyyət Ermənistanın üzərində qalacaqdır.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024