Mobil versiya
Beynimizdəki intuisiya mərkəzi tapıldı
Tarix: 13-08-2016 | Saat: 14:11
Bölmə:Media | çapa göndər

Beynimizdəki intuisiya mərkəzi tapıldı






ABŞ-ın Con Hopkins Universitetinin mütəxəssisləri apardıqları tədqiqatlar nəticəsində insan beynində "intuisiya mərkəzi"ni aşkar ediblər.

Aia.az AZƏRTAC-a istinadən bildirir ki, bu, beynin görmə mərkəzində əmələ gələn, insanın hər hansı bir hərəkətinin planlaşdırılmasına cavabdehlik daşıyan "fikirləşmə prosesi"dir.

Alimlər hesab edirlər ki, "intuisiya mərkəzi" real vaxtda insanlara doğru qərarlar verməyə kömək edir.

Mütəxəssislər kompüter texnologiyalarının köməyi ilə də beynin hansı hissələrinin qıcıqlanmaya reaksiya verdiyini araşdırıblar. Bəlli olub ki, insanlar fiziki hərəkətlərin çoxluq təşkil etdiyi çarxlara baxdıqları zaman beyin daha da aktivləşir. Alınan nəticələr beynin hərəkət hissəsində əmələ gələn pozuntuların müalicəsində yararlı olacaq.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024