Mobil versiya
Azərbaycan polisi üçün yeni avtomobil - FOTO
Tarix: 12-08-2016 | Saat: 15:25
Bölmə:Gündəm | çapa göndər



Azərbaycanın Dövlət Yol Polisi üçün hazırlanan yeni xidməti avtomobilin


"Bu Azərbaycanın Dövlət Yol Polisi üçün hazırladığı yeni xidməti avtomobilin dizaynıdır. Yeni layihəmi Daxili İşlər Nazirliyinə təqdim edəcəm".

Bunu açıqlamasında "AZERANT" adlı ilk milli avtomobilin seriya modellərinin dizayn müəllifi Ramil Nəcəfov bildirib.

Onun sözlərinə görə, "AZERANT"ın yeni xüsusi modelinin dizayn layihəsi həmin avtomobillərin Yol Patrul Xidməti tərəfindən istifadəsi üçün nəzərdə tutulub.

Müəllif deyir ki, o, layihəni müasir avtomobil texnologiyaları mühəndisliyi və öz təcrübəsinə əsaslanaraq hazırlayıb: "Bu, digər polis avtomobillərindən qeyri-adi dizaynı ilə seçilir və iti dizayna malik sedan modeldir. Avtomobilin 2.2 litr həcmli, 200 at gücü ilə turbinləşmiş atmosfer mühərriki ola bilər. Avtomobilin şossedəki maksimal sürəti 275 km/saat, fırlanma anı 200 nm təşkil edə bilər. Avtomobildə nömrəoxuma sistemi, müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr uzaqlıqlı "infrared" işıqlandırma sistemi və GPS modulu, daxili kompüter qurğusu quraşdırıla bilər. Ümid edirəm ki, Azərbaycanın Neftçalada yeni təməli qoyulmuş avtomobil zavodunda gələcəkdə milli avtomobil modelləri də istehsal ediləcək".

Xatırladaq ki, Ramil Nəcəfov ilk milli avtomobil layihəsi olan "AZERANT"ın, həmçinin əlillər üçün nəzərdə tutulan "AZ 200" və hərbi təyinatlı "AZERANT İSTİQLAL" (Azerant L 2.800), qadınlar üçün "MİLLİ", "TIR M" yük avtomobillərinin, eləcə də "XƏZ-747" bombardmançı-qırıcı təyyarə modellərinin dizayn layihələrinin müəllifidir.


Qeyd edək ki, 1992-ci ildə Şəki şəhərində anadan olan Ramil Nəcəfov Türkiyənin Isparta şəhərində Süleyman Dəmirəl Universitetində dizayn ixtisası üzrə IV kursda qiyabi təhsil alır. Hazırda Bakıda kirayə evdə yaşayan Ramil Nəcəfov işsizdir. Onun hətta öz kompüteri də yoxdur. Gənc dizayner avtomobil modellərini əvvəlcə kağız üzərində çəkir, sonra isə orda-burda başqalarının kompüterində yığaraq hazırlayır. Ona bir sıra dövlət və özəl müəssisələrdən müxtəlif vədlər verənlər olsa da, hələlik heç nədə konkret dəstək olan yoxdur





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024