Deputat: Azərbaycan Prezidentinin “Euronews”a müsahibəsi dünyada geniş əks-səda doğurdu
Tarix: 04-08-2023 | Saat: 20:38
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Prezidentinin “Euronews” televiziyasına müsahibəsi dünyada geniş əks-səda doğurdu. Çünki müsahibədə səsləndirilən fikirlər bilavasitə regionda sülhün, əmin-amanlığın təmin olunmasına, insanların xoşbəxt yaşamasına və Azərbaycanın milli mənafeyinə hesablanıb. Azərbaycan uzun illər ərzində erməni təcavüzkarlığına məruz qalan, ərazisi zəbt edilən ölkə olaraq bu müharibənin ağır nəticələrini çəkib. Ona görə də Prezident İlham Əliyev çıxışında bir daha səsləndirdi ki, biz müharibə istəmirik, biz sülhün tərəfdarıyıq. Heç bir ölkənin torpaqlarında bizim gözümüz yoxdur. Dövlətimizin başçısı növbəti dəfə xatırlatdı ki, 44 günlük Vətən müharibəsində qalib gəlməyimizə baxmayaraq, biz Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıyıq. O baxımdan ki, Ermənistan hökuməti Azərbaycan ərazilərini mübahisələndirən bütün iddialarını kənara qoysun. Lakin Prezident İlham Əliyevin müharibədən sonra səsləndirdiyi sülhlə bağlı fikirləri Ermənistan tərəfindən layiqincə qiymətləndirilməyib. Ermənistan rəhbərliyi bir çox bəhanələr gətirərək sülh müqaviləsinin imzalanmasının ləngidilməsinə cəhd edir, sərhəddə təxribatlar törədir və ərazilərimizə diversiya qrupları göndərməyə çalışır.
Bu fikirləri açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev söyləyib.
Deputatın sözlərinə görə, son günlər humanitar yardım adı altında yük avtomobillərinin Azərbaycanla sərhədə gətirilməsi və bunun bir blokada şəklində dünyaya bəyan edilməsi göstərir ki, Ermənistan yenə də çirkin əməllərindən əl çəkmir. Əlbəttə, bu, Azərbaycanı qorxutmur. Eyni zamanda, belə addımlar Prezident İlham Əliyevi öz mövqeyindən çəkinməyə vadar edə bilməz. Çünki dövlətimizin başçısı hər dəfə bildirir ki, biz beynəlxalq hüququn normalarına əsaslanaraq torpaqlarımızı düşməndən azad etmişik, BMT-nin dörd qətnaməsini öz gücümüzlə həyata keçirmişik.
“Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin edərək orada sərhəd-buraxılış məntəqəsi yaradıb. Bu da ölkəmizin təbii haqqıdır. Heç bir beynəlxalq təşkilat, hər hansı dövlət Azərbaycanın daxili işinə müdaxilə edə bilməz. Bu dəfə də Azərbaycan Prezidenti müsahibə zamanı qeyd etdi ki, beynəlxalq təşkilatlar yeni reallıqları düzgün qiymətləndirməli, həmçinin erməni təxribatlarının hansı məqsədlərə xidmət etdiyini əsalandırmalı və bu barədə konkret mövqelərini bildirməlidirlər. Əks halda, əgər ermənilər hər hansı təxribat törədərlərsə, Azərbaycan Silahlı Qüvvələri buna cavab vermək gücündədir”, - deyə deputat vurğulayıb.
Komitə sədri bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanla əlaqələrin normallaşmasında səmimidirsə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata və ondan sonra imzalanan sənədlərə əməl etməlidir. Əgər bunun əksi olarsa, regionda növbəti toqquşma qaçılmaz ola bilər.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-06-2025
11:21 Çaylarda sululuq artıb