Mobil versiya
Bütün canilər ədalət mühakiməsinə cəlb ediləcəklər
Tarix: 31-07-2023 | Saat: 15:55
Bölmə:Siyasət | çapa göndər

Bütün canilər ədalət mühakiməsinə cəlb ediləcəklər

“44 günlük Vətən müharibəsində Azərbaycan işğalçı və terrorçuları döyüş meydanında layiqincə cəzalandırdı. Ordumuz tərəfindən məhv edilən terrorçular sırasında Xocalı soyqırımının icraçıları da var idi. Hələ o zaman qətiyyətlə ifadə etdik ki, əli Azərbaycan xalqının qanına batmış digər qatillər və canilər də qanun qarşısında cavab verəcəklər və layiqli cəzalarını alacaqlar”.

Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, qisas qiyamətə qalmadı: “Daha bir caninin cəzalandırılması yönündə Azərbaycan dövləti tərəfindən müvafiq tədbir görüldü. Söhbət Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə soyqırımı həyata keçirən qatil Xaçaturyan Vaqif Çerkezoviçin Laçında ələ keçirilməsindən gedir. Azərbaycan qalib və qüdrətli dövlətdir! Xalqımıza qarşı cinayət əməlinə yol vermiş bütün canilər ədalət mühakiməsinə cəlb ediləcəklər. Buna heç kimin şübhəsi olmasın”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə