Azərbaycanda ana dilimizin hərtərəfli inkişafı və saflığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir
Tarix: 27-07-2023 | Saat: 14:22
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkənin ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biri də yeni, latın qrafikalı əlifbanın tətbiqi oldu. Ötən əsrin sonlarında yaranmış tarixi şərait artıq öz suverenliyini bəyan etmiş xalqımızın dünyaya inteqrasiyası üçün yeni imkanlar açdı. O cümlədən dünya xalqlarının ümumi yazı sisteminə qoşulmaq üçün latın qrafikalı Azərbaycan əlifbasının bərpası zəruri şərt kimi ortaya çıxdı. Bu mənada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı ən önəmli tarixi hadisələrdən biri oldu. Ana dili hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Milli-mənəvi dəyərlərimizə, Azərbaycan xalqının mədəni-tarixi irsinə münasibətində hər zaman böyük həssaslıq nümayiş etdirən Ulu Öndər Heydər Əliyev demişdir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
Bununla belə demək lazımdır ki, doğma dilimizin yad ünsürlərin təsirindən qorunması, dövlət dili statusuna qalxaraq bugünkü səviyyəyə çatması heç də asan başa gəlməmişdir. Heç şübhəsiz, bu nailiyyətlərin əldə olunmasında müstəsna rolu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev oynamışdır. Ulu Öndər Azərbaycan respublikasına rəhbərliyə gəldiyi ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub, həqiqətən tarixi əhəmiyyət kəsb edən vacib məsələlərin həllini təmin edib. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. Ulu Öndər Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.
Həmçinin müstəqillik illərində Ümummilli Lider Heydər Əliyev imzaladığı bir sıra mühüm sənədlərlə Azərbaycan dilinin inkişafını və qorunmasını təmin edib, doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirib. Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu fərmandan irəli gələn tələblərə uyğun olaraq ölkə ərazisində yaşayan hər kəs, bütün Azərbaycan vətəndaşları doğma dilimizi öyrənməli, bütün dövlət sənədləri bu dildə aparılmalıdır.
Bu gün doğma dilimizin qorunması və inkişaf etdirilməsi siyasəti Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Möhtərəm dövlət başçımızın ana dilimizə verdiyi yüksək dəyər möhtərəm dövlət başçımızın dediyi bu sözlərdə də öz əksini aydın şəkildə tapır: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir.” Həqiqətən də bu gün respublikamızda Azərbaycan dilinin qorunması və imkişafı dövlətimizin xüsusi diqqət və qayğı göstərdiyi sahələrdən biridir.
Cənab Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.
Öz çıxışlarının birində möhtərəm Prezidentimiz demişdir: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.” Həqiqətən də bu gün ölkəmizdə ana dilimizin hərtərəfli inkişafı, tətbiq dairəsinin genişlənməsi, saflığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir və tədbirlər milli irsimizin qorunub-saxlanmasına, dünyada getdikcə daha çox tanınmasına misilsiz töhfələr verməkdə davam edir.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025