Mobil versiya
Böyük Qayıdış proqramının icrası mərhələlərlə və uğurla davam edir
Tarix: 25-07-2023 | Saat: 10:09
Bölmə:Siyasət | çapa göndər

Böyük Qayıdış proqramının icrası mərhələlərlə və uğurla davam edir


"Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı Şuşada keçirilən Qlobal Media Forumu bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Dövlət başçısı İlham Əliyevin forumdakı çıxışı və tədbir iştirakçılarının suallarına cavabı hazırkı dövrün çağırışlarının yüksək səviyyədə çavablandırılması istiqamətində yol xəritəsi oldu. Cənab İlham Əliyev həm Azərbaycanın, həm də regionun gələcəyi ilə bağlı fikirlərini açıqladı.

Forumun postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında mühüm platforma olduğunu açıqladı: “Böyük Qayıdış proqramı çərçivəsində görülən işlərdən geniş bəhs edildi. Belə ki, ölkə başçısı 30-dan çox şəhər və kəndin Baş planının təsdiqləndiyini, həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qayıdacağını bildirdi. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Cənab İlham Əliyev həyata keçirilən hər bir layihənin onda böyük qürur, xoşbəxtlik hissi yaratdığını belə ifadə etdi: “Xoşbəxtlik nədir, bir çoxları özünə sual verir. Amma hər dəfə bu inkişafı görəndə mən özümə deyirəm, yəqin ki, xoşbəxtlik, bax, budur.”

Bir sözlə, tarixi Zəfərimizdən dərhal sonra başlanan bərpa-quruculuq işləri Azərbaycanın təkmil dirçəliş modelinin təqdimatıdır. Qısa zamanda görülən işlər dövlətimizin qətiyyətinin, malik olduğu iqtisadi imkanların göstəricisidir. Tezliklə Böyük Qayıdış proqramının tam şəkildə uğurla başa çatdırılması ilə Azərbaycanın həyatında yeni mərhələ başlayacaq. Azərbaycan daim dinamik inkişaf nümunəsi ortaya qoyur. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq Media Forumunun qlobal miqyas alması bütün bu realllıqların təbliğində əhəmiyyətli rol oynayacaq. 49 ölkəni təmsil edən 150 nümayəndənin hər biri bu reallıqların təbliğatçısı olacaq.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə