Mobil versiya
“Azərbaycan mediası milli maraqlarımızın qorunmasında fəal iştirak edir”
Tarix: 22-07-2023 | Saat: 15:15
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Azərbaycan mediası milli maraqlarımızın qorunmasında fəal iştirak edir”

148 il əvvəl əsası qoyulan Azərbaycan Milli Mətbuatı yeni inkişaf mərhələsindədir. 1875-ci il iyulun 22-də “Əkinçi” ilə fəaliyyətə başlayan Azərbaycan mətbuatının qarşısına qoyduğu bütün hədəfləri reallaşdırmağı bacarıb. Milli -mənəvi dəyərlərin qorunması, xalqımızın milli şüurunun formalaşmasında xüsusi rola malik olan milli mətbuatımız müstəqillik dövründə daha təkmil səviyyəyə çatdı. Bu gün dünyada informasiya savaşının getdiyi bir vaxtda mətbuatın vəzifə və prioritetləri də dəyişməkdədir. Artıq yeni çağırışlar, yeni trendlər mətbuatın da prioritetlərinə təsir etməkdədir.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Mətbuatı da yeni inkişaf mərhələsində öz fəaliyyətini davam etdirir. Döyüş meydanında qələbə qazanan Azərbaycan informsiya cəbhəsində də ön sıradadır və bütün hədəflərinə çatmaqdadır.
Artıq iki ildir ki, Azərbaycan jurnalistləri peşə bayramını işğaldan azad edilmiş torpaqlarımızda, mədəniyyət paytaxtımız Şuşada qeyd edirlər. Şuşa Qlobal Media Forumu artıq ənənəyə çevrilib. Ötən il Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisəyə çevrilib. Şuşa beyin mərkəzlərinin nümayəndələrinin toplaşdığı məkan kimi həm də mediada qlobal trendlərin, yeni çağırışların müzakirə olunduğu Beynəlxalq Media Forumuna ev sahibliyi edir. Bu il isə media forumun açılış mərsismndə Prezident İlham Əliyevin də qatılması, yerli və xarici jurnalistləri maraqlandıran sualları cavablandırması forumun əhəmiyyətinin daha da artmasının təsdiqidir. Şuşa Qlobal Media Forumunda aparılan müzakirələr media sahəsində peşəkarlığın artırılmasına xidmət edir. Nəzərə alsaq ki, bu gün dünyada güc amili həm də informasiya mübarizəsində əldə edilən üstünlüklə xarakterizə olunur, bu isə o deməkdir ki, döyüş meydanında savaş bitsə də, informasiya cəbhəsində mübarizə davam edir və hər zaman edəcək. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan mediası əsas istiqmətini müəyyənləşdirib və bu yöndə peşəkar fəaliyyət göstərməkdədir. İşğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi. Beynəlxalq auditoriya Azərbaycan həqiqətləri ilə məlumatlanırdı. Dövlət başçımızın da söylədiyi kimi “əvvəlki dövrdə daha çox biz deyirdik, biz də eşidirdik. Sanki biz özümüz-özümüzə nəyisə sübut etməyə çalışırdıq. Bu, vacib idi. Vacib idi, məsələni gündəlikdə saxlamaq üçün, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün. Evdəki, evlərdəki tərbiyə, məktəblərdəki tərbiyə və media tərəfindən bu məsələnin daim gündəlikdə saxlanması daxili birliyi böyük dərəcədə möhkəmləndirdi. Təbii ki, dövlət siyasəti başda olmaq şərtilə. Ancaq sonrakı mərhələdə biz daha çox beynəlxalq auditoriyaya çıxış etməyə başladıq. Yəni, bu imkanlar da bizdə yarandı və müxtəlif dillərdə bizim bir çox media resurslarımızın nəşrləri də, internet saytları da, digər elektron vasitələri də mövcuddur. Bu gün isə biz yenə də öz həqiqətlərimizi sübut etməyə məhkumuq.”
Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. Azərbaycanın qələbəsini, haqlı mövqeyini həzm edə bilməyən qüvvələr bu həqiqətlər qarşısında acizdir. Ona görə də informasiya cəbhəsində bir an belə dayanmaq olmaz. Bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Şuşa Qlobal Media Forumu da bu baxımdan informasiya siyasətinin tərkib hissəsi kimi olduqca effektiv platformadır.
Bir sözlə, bütün iftiralara, böhtanlara baxmayaraq, dünya Azərbaycanın haqq səsini eşidir. Bu məsələdə media resurslarımız daha peşəkar formada fəaliyyətini davam etdirməklə milli maraqlarımızn müdafiəsinə töhfə verir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024