Mobil versiya
Məhkəmə ANS-in iddiasını təmin etmədi - FOTOLAR
Tarix: 10-08-2016 | Saat: 14:38
Bölmə:Gündəm | çapa göndər




Bu gün “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılacaq.

myBaku.az xəbər verir ki, iclasa Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyeva sədrlik edir.

“ANS” Müstəqil Yayım və Media Şirkəti şikayəti “İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlı verib.

***

Əməkdaşımızın verdiyi məlumata görə, artıq ANS kollektivi Vahid Mustafayev və Mirşahin Ağayev başda olmaqla məhkəməyə gəliblər.

***

Məhkəmə prosesi başlayıb.

***

Məhkəmə ANS-in iddiasını təmin etməyib. Bildirilib ki, bu işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır.

***

Qeyd edək ki, Qənirə Ataşova da iclasda iştirak edib.

***

Məhkəmə iclasında ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev çıxış edib. O bildirib ki, istinad etdikləri qanun maddəsi apellyasiya məhkəməsinin ünvanını göstərir:

“Əgər qanunda hansısa anlaşılmazlıq varsa, bunun üçün prezidentimiz var. Nəzərə alın ki, söhbət canidən, düşməndən getmir. Mindən çox əməkdaşı olan böyük şirkətdən gedir. Hansı ki, bu şirkət ağır durumdadır, işçiləri işsiz, maaşsız qalıb. Biz iddiaçı tərəf olaraq məhkəmədən xahiş edirik ki, ANS-in bu ağır vəziyyətinə son qoysun”.

İclasdan sonra jurnalistlərin suallarını cavablandıran Mirşahin Ağayev isə bildirib ki, məsələnin qanun çərçivəsində həllini tapacağına inanırlar: “Biz dövlətin müəyyən instansiyası olan məhkəməyə müraciət etmişik. Əgər bu məhkəmənin qərarından narazı qalsaq, digər instansiya məhkəmələrinə müraciət edəcəyik. Dövlətimin imicinə zərər gəlməsini istəmirik. Ancaq məsələnin qanun çərçivəsində həllinin tərəfdarıyıq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024