Mobil versiya
"Makron Ermənistanı istəyirsə, aparıb Fransaya birləşdirsin" - Siyavuş Novruzov
Tarix: 06-07-2023 | Saat: 11:41
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Makron Ermənistanı istəyirsə, aparıb Fransaya birləşdirsin" -

"Makron erməni diasporası ilə görüşdə çox utanmazcasına “Ermənistanın baş nazirindən daha çox Azərbaycana təsir göstərirəm” ifadəsini işlədib".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“Bu ifadəni işlədən biri ədalətli sülhə nail ola bilər?! Təbii ki, yox. Özünü həmişə yuyulmamış çömçə kimi ortaya atır. Vaxtı ilə nə iclas keçirilirdi, Rəhim Qazıyev də özünü ortaya atırdı. Həmin xarakter Makronda da var. Hara gedir, ancaq ermənilər böyründə çıxır. Ermənistanı istəyirsənsə, apar Fransaya birləşdir. İmkan verin ki, özümüz aramızda məsələlərimizi həll edək. Ədalətli sülhün bağlanmasına Fransa imkan vermir. Daha bilmirlər ki, ədalətli sülhün olmaması birbaşa Ermənistanın özünə ziyandır. Ən çətin vəziyyətdə yaşayan da ermənilərdir. Ondan-bundan yardım alıb yaşamaq olmaz. Bizim Xarici İşlər Nazirliyi qəti şərt qoymalıdır ki, Fransa sülh məsələsinə qarışmamalıdır", - deyə deputat bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024