Mobil versiya
Ordumuz dövlətimizin dayağı, xalqımızın güvənc yeridir
Tarix: 05-07-2023 | Saat: 13:09
Bölmə:Siyasət / Özəl | çapa göndər

Ordumuz dövlətimizin dayağı, xalqımızın güvənc yeridir

44 günlük Vətən müharibəsində qazanılmış Zəfər dünya güclərinin Azərbaycana baxış bucağında kifaəyt qədər dəyişikliyə səbəb oldu. Bu müharibə azərbaycan tərəfindən ədalətli müharibə idi və kimsə bu müharibədə bizi qınamağa cəsarət edə bilmədi. Birincisi, biz işğal altında olan ərazilərimizi azad edirdik, ikincisi isə ölkə başçısı, ali baş Komandan İlham Əliyevin xarici siyasətdə aktiv fəaliyyəti, ardıcıl müsahibələri, dünya ictimaiyyətinə ünvanlanmış mesajları düşmənin də, onun havadarlarının da əl-qoluinu bağlamışdı.

Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə gələcəyi düşünür, milli zabit kadrların yetişdirilməsinə çalışırdı. Dahi rəhbər totalitar sovet rejimi şəraitində respublikamızda 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu. Ümummilli Lider azərbaycanlı gəncləri, həmçinin SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu olub. Onlar Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, 44 günlük İkinci Qarabağ müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdilər. Bu müharibədə Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərdilər. Bir çox hərbi əməliyyatların keçirilməsində, Şuşanın azad edilməsində onların xüsusi rolu oldu.

44 günlük İkinci Qarabağ müharibəsinə qədər rəşadətli ordumuz öz gücünü 2016-cı ilin Aprel döyüşlərində və 2018-ci ilin Günnüt əməliyyatında nümayiş etdirdi. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi. Günnüt zəfərində isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycanın nəzarəti altına keçdi. Azərbaycan Ordusu missiyasını şərəflə yerinə yetirdiyini hər addımında nümayiş etdirməklə belə bir əminliyi söyləməyə əsas verdi ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə Qarabağ münaqişəsini hərb yolu ilə həll edəcəyik.
Müharibədə qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni hərbi birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Buna görə də dövlət başçısı İlham Əliyevin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. İyunun 23-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olaraq hərbi hissəyə Döyüş bayrağını təqdim etməsi bunun bariz nümunəsidir.
Mərasimdə çıxış edən ölkə başçısı bildirmişdir ki, “Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.”

Uğurlu iqtisadi siyasətimizin nəticəsi olaraq ordumuzun yeni silahlarla təchiz edilməsi, modernləşdirilməsi və komando birliklərinin yaradılması sahəsində atılan addımlar, yaxın gələcəkdə Azərbaycan ordusunun peşəkar bir orduya çevriləcəyindən xəbər verir. Belə bir zərurətin olmasının səbəbi ilk növbədə dünyada gedən proseslərdir. Ölkə başçısı cənab İlham əliyevin qeyd etdiyi kimi indi beynəlxalq hüquq işləmir, güc amili prosesləri diqtə edir. Ona görə də ilk növbədə müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün bizə güclü ordu lazımdır və biz onu qurururq, inkişaf etdiririk.
Məhz bu gücün sayəsində ermənilər artıq bəyan etməyə məcbur olublar ki, qarabağ Azərbaycan torpağıdır. Lakin onların dəstəkçiləri və revanşist qüvvələr hələ də sülh sazişinin bağlanmasına mane olmaqda davam edirlər. Azərbaycan isə öz şərtlərini diqtə etməkdə, bir-bir o şərtləri yerinə yetirmək üçün lazım olan şəraiti yaratmaqdadır. İstər siyasi və diplomatik, istəsə də hərbi sahədə üstünlük bizim tərəfimizdədir.
Bizim şərtlərimiz isə aydın və birmənalıdır. Bunu cənab Prezident İlham Əliyev belə ifadə etmişdir: “Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz. Yenə də deyirəm, biz haqq-ədaləti tələb edirik. Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz öz torpağımızda müharibə aparmışıq və bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq.”
Bəli, Azərbaycan xalqı dövlətimizin dayağı olan ordusuna, onun Ali Baş Komandanı cənab İlham əliyevə inanır, bu müzəffər orduyla fəxr edir.

Rüstəm Nağıyev,
YAP gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024