Mobil versiya
ANS-in tezliyində yeni TV yayımlanmağa başladı
Tarix: 08-08-2016 | Saat: 10:21
Bölmə:Gündəm | çapa göndər

ANS-in tezliyində yeni TV yayımlanmağa başladı


MTRŞ-nın şikayəti əsasında məhkəmənin hökmü ilə bağlanan və lisenziyası əlindən alınan ANS TV-nin tezliyini yeni telekanal yayımlanmağa başlayıb

Artıq bir neçə gündür ki, axşam saatlarından etibarən Azərbaycan ərazisində "Günəş TV" yayımlanmağa başlayıb.
Maraqlıdır ki, "Günəş TV" ANS TV-nin tezliyində yayımlanır. Hələ ki, yalnız kinolar yayımlanan TV bu gün "Cəsus uşaqlar-2" filmini yayımlayıb.
Qeyd edək ki, ölkənin ilk uşaq kanalı olan "Günəş TV" 01 aprel 2015-ci il tarixindən şimal bölgəsində yayıma başlayıb. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən "Günəş TV”-nin yayımında şiddət, pis vərdişlər aşılayan kadrlara yer verilmir. Efirdə yalnız milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən verlişlər və filmlər yayımlanır.
Son bir neçə gündür ki, "Günəş TV" ümumrespublika yayımında və ANS TV-nin tezliyində efirə gedir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024