Mobil versiya
Zakir Həsənov onlara "general-mayor" rütbələrini təqdim etdi
Tarix: 26-06-2023 | Saat: 14:04
Bölmə:Siyasət | çapa göndər

Zakir Həsənov onlara "general-mayor" rütbələrini təqdim etdi

İyunun 26-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ali hərbi rütbələr verilən Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və müdafiə nazirinin müvafiq əmri təntənəli şəraitdə oxunduqdan sonra hərbi qulluqçulara ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib. Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Təltif olunan zabitlər isə öz növbələrində göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bu etimadı doğruldacaqlarına əminliklərini ifadə ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024