Mobil versiya
Azərbaycan məmurlar “saxladıqları” xanım müğənnilərdən imtina edirlər
Tarix: 04-08-2016 | Saat: 14:37
Bölmə:Gündəm | çapa göndər



Azərbaycanda bir sıra məmurların yerli şou-biznes nümayəndələrinə külli miqdarda pul xərclədikləri hamıya məlumdur. Onlar qanunsuz yollarla əldə etdikləri sərvəti yalnız ölkə daxilində və xaricində şəxsi mülklər, biznes obyektləri almağa xərcləmirlər.
Belə məmurlar eyni zamanda yerli şou-biznesin xanım nümayəndələrinə qarşı da çox səxavətli davranır, onların “gizli sponsoru” kimi çıxış edirlər. Bunun qarşılığının nə olduğunu isə deməyə gərək yoxdur.
Bundan başqa, bir sıra məmurların övladları da xanım müğənnilərə hədsiz həvəsli olması ilə tanınırlar. Məmurların “saxladıqları” müğənnilərin kliplərini çəkdirməsi işin ən sadə tərəfidir, onların belə müğənnilərə bağışladıqları bahalı qızıl-zinət əşyaları, mülklər, lüks xarici avtomobillər həmin kliplər vasitəsilə pərdələnir.
Məlumatlara görə, elə vəzifəli şəxslər və biznesmenlər var ki, 1-2 il əvvələdək “saxladıqları” xanım şou-biznes “ulduzlarının” təkcə geyim və gözəllik salonu xərclərinə ayda 25-30 min manat xərcləyirdilər.
Hətta bəzi vəzifəli şəxslər “gizli sponsoru” oluqları xanım müğənnilərin mühafizəsini də öz cibləri hesabına təşkil etdirirlər. Bu zaman məqsəd yalnız onların can güvənliyini (!) təmin etmək deyil, həm də qısqanclıqdan doğan əndişədir – onlar yerli şou-biznesin zərif nümayəndəsinin başqa bir imkanlı şəxsin “toruna” düşə biləcəyindən narahatdırlar!
Bununla belə son vaxtlar Azərbaycanda bəzi məmurların və biznesmenlərin “saxladıqları” xanım müğənnilərdən imtina etməyə başladığına dair məlumatlat gəlir. Qaynarinfo.Az-a daxil olan həmin məlumatlarda bildirilir ki, bunun səbəbi ölkədə yaranan böhranlı iqtisadi durumdur. Artıq əvvəlki kimi “qaz vurub, qazan doldurmaqda” çətinlik çəkən bəzi vəzifəli şəxslər pullarını əvvəlki kimi sağa-sola səpələmir, xəsisləşməyə başlayırlar. Bu da nəticədə onların bəzi xərcləri təxirə salmasına gətirib çıxarır. Onların himayələrindəki xanım müğənnilərdən imtina etməyə başlaması da həmin qəbildəndir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024