Mobil versiya
Bazarlarda satılan mal-qoyun ciyərləri yoxlanılmır - VİDEO
Tarix: 04-08-2016 | Saat: 13:38
Bölmə:Qərbi Azərbaycan | çapa göndər



Sağlam olduğunu təsdiq edən heç bir sənəd yoxdur. Üstəlik açıq satışda olduğunda üzərində milçəklər gəzir.

Paytaxtda fəaliyyət göstərən əksər ət kəsimi məntəqələrində satılan ciyərdən istifadə insan orqanizimində bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər. Çünki onların sağlam olduğunu özündə əks etdirən sənəd yoxdur. Qaydalara əsasən ciyər ətdən ayrı satılırsa onun sağlamlığı haqqında müvafiq sənəd olmalıdır.

NƏXƏBƏR.az xezerxeber.com-a istinadən bildirir ki, bəzi alıcılar isə ciyər aldıqda onun sağlam olub-olmadığını ayırd edə bilmirlər.

Bəs sağlam və qurdu olan ciyəri necə ayırd etmək olar?

Həkim Mehman Əliyev deyir ki, alıcılar ilk növbədə ciyərin görünüşünə fikir verməlidirlər. Üzərində ləkəsi olan ciyəri almamaq tövsiyyə olunur.

Ciyəri qaynar suda qaynadıldıqdan sonra istifadə edilməlidir. Ancaq bəzi hallarda ciyərdən cız-bız yeməyi hazırlanır ki, bu halda da onun içərisində olan qurd sağlam olur. Sağlam olmayan ciyərdən istifadə isə bir sıra xəstəliklərə tutulmaq deməkdir.

Qeyd edək ki, bir neçə gün əvvəl Tovuzda 12 nəfərin zəhərlənməsi ilə nəticələnən hadisə baş vermişdi.

Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, zəhərlənməyə səbəb qoyunun içalantında çürüntü yaradan bakteriyalar olmasıdır.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024