Mobil versiya
"Uşaq bağçasında özünü narahat uşaq kimi aparan Ermənistan..." - Deputat
Tarix: 16-06-2023 | Saat: 11:28
Bölmə:Siyasət | çapa göndər

"Uşaq bağçasında özünü narahat uşaq kimi aparan Ermənistan..." -

"Beynəlxalq təşkilatlar ipə-sapa yatmayan, uşaq bağçasında özünü narahat uşaq kimi aparan Ermənistana yerini göstərməlidir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.

O bildirib ki, baş verən hadisələrlə bağlı bütün məsuliyyət Ermənistan və havadarlarının üzərinə düşür.

M.Qasımlı qeyd edib ki, keçid buraxılış məntəqəsində sərhədçimizə qarşı Ermənistan silahli qüvvələri tərəfindən atəş açılması Ermənistanın beynəlxalq hüququn tələblərinin kobudcasına pozmasını göstərir:

“Bu gün Azərbaycanın quru sərhədləri bağlıdır. Amma Ermənistanla quru sərhədi açıqdır. Bu da Azərbaycan dövlətinin böyük humanist addımıdır. Ermənistan bunu qətiyyən qiymətləndirə bilmir. Belə olan şəraitdə Ermənistan və onun havadarları, xüsusilə də sülh prosesinə mane olan İran regionu qarışdırmaq istəyir. Azərbaycan əsgərinə, dövlətinə, ordusuna, təhlükəsizlik qüvvələrinə, bütün silahlı qüvvələrinə atəş açan, buna cürət edən şəxs dərhal yenində məhv edilməlidir. Başqa heç cür həmin adamlarla danışmaq olmaz. Biz sərhədimizdən bir quşun icazəsin uçmasına icazə verməməliyik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə