Mobil versiya
"Əli Kərimli və digərləri, 10 il bu parlamentdə xurma yemisiniz" - Tahir Kərimli
Tarix: 14-06-2023 | Saat: 13:49
Bölmə:Siyasət | çapa göndər

"Əli Kərimli və digərləri, 10 il bu parlamentdə xurma yemisiniz" -

“Heydər Əliyev Azərbaycan Xalq Hərəkatını tam himayə edirdi. Heydər Əliyevin müstəqillik istəyi olmasaydı, burada çoxları müstəqilliyə də səs verməzdi”.

aia.az xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.

“Bizim xilaskar olaraq qəbul etdiyimiz Əbülfəz Elçibəy bizə deyirdi ki, Surət Hüseynov gətirib sizi dar ağacından asacaq. Burada mitinqlər, orada çıxışlar, piketlər edirdik. Bəs Heydər Əliyevin ürəyinin tutmasında mənim günahım yoxdur? Onun ömrünün qısalmasında bizim günahımız yoxdur? Dövləti xilas etmək istəyən, dövləti qurmaq istəyən insana qarşı çətinliklər yaratdıq, əziyyətlər verdik. Gültəkin Hacıbəyli, Cəmil Həsənli əgər siz burada deputat olsaydınız, yenə radikal müxalifət olardınız? Buna inanmıram. Əli Kərimli, bizi ittiham edirsiniz ki, hakimiyyət bizi öyrədib, icazə verir korrupsiyadan, problemlərdən danışırıq. Siz burada 10 il oturanda sizə də öyrədirdilər? Sizin dediyiniz kimi bu hakimiyyət anti-demokratik idisə, siz burada necə təmsil olunurdunuz? Yox demokratikdirsə, istədiyiniz nədir?”, - deyə deputat bildirib.

Tahir Kərimli qeyd edib ki, 1988-ci ildə Xalq Hərəkatı Qarabağ şüarı ilə gəldi: “Nə istəyirsiniz, Qarabağı aldı, verdi də. Əli kərimli sən, mən, digərləri prezident olsaq bunu edə bilərdik? Biz Laçın dəhlizində dura bilərdik? Gərək dilimizdə etiraf olsun. Əli Kərimli və digərləri 10 il bu parlamentdə xurma yemisiniz. Sizin üçün biznes şəraitləri yaradılırdı. Mən bu gün vicdan əzabı çəkirəm ki, dövlətimizi quran şəxsə qarşı belə aqressiv olmuşam. Gəlin bu aqressiyadan əl çəkək, bir olaq, iqtidarlı-müxalifətli bir-birimizi sevək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024