Şirvanda İnsan hüquqları aylığı çərçivəsində tədbir keçirilib -Fotolar
Tarix: 07-06-2023 | Saat: 12:34
Bölmə:Ölkə / Özəl | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmişdir. Artıq 15 ildən çoxdur ki, bu əlamətdar gün ölkəmizdə geniş qeyd edilir və bu, müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin parlaq təzahürü kimi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
AİA.Az xəbər verir ki, 6 iyun 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” və “18 may–18 iyun İnsan hüquqları aylığı” çərçivəsində “Ümummilli lider Heydər Əliyev Azərbaycanda insan hüquqları konsepsiyasının banisidir” mövzusunda tədbiri keçirilib.
Tədbirdə öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edənlər, Daha sonra çıxış edənlər, Azərbaycanda insan hüquqlarının inkişafı siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edərək, insan hüquqlarının təmin olunmasının Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar. Tədbir iştirakçılara insan hüquqları anlayışı, mahiyyəti, beynəlxalq hüquqda yeri, tarixi inkişaf dinamikası, müxtəlif meyarlar üzrə təsnifatı, insan hüquq və azadlıqlarının kataloqu barədə məlumatlar verilib.
Diqqətə çatdırılıb ki, aylıq çərçivəsində təşkil olunan tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin və hüquq mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər