Mobil versiya
Büdcəyə dəyişikliklər qarşıda duran vəzifələrin uğurla icrasına şərait yaradır - Afət Həsənova
Tarix: 07-06-2023 | Saat: 11:49
Bölmə:Gündəm | çapa göndər

Büdcəyə dəyişikliklər qarşıda duran vəzifələrin uğurla icrasına şərait yaradır - Afət Həsənova

2023-cü ilin dövlət büdcəsinə edilən dəyişikliklər və bir sıra istiqamətlərdə xərclərin artırılması Azərbaycanın qarşısında duran vəzifələrin daha sürətlə həyata keçirilməsinə imkan verəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, büdcə artımların şərtləndirən əsas amillərdən biri işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işlərinin aparılması, vaxtilə öz doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın mərhələli şəkildə öz ata-baba yurdlarına qaydışının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının sürətləndirilməsidir.

“İşğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycan qarşısında dayanan prioritet məsələlərdən biridir. Vətən müharibəsindən dərhal sonra Azərbaycan həmin ərazilərdə bərpa və quruculuq işlərinə başladı və bu gün də işlər sürətlə davam edir, artıq bır sıra ərazilərə insanlarımız öz doğma torpaqlarına geri qaytarılıb. Bu işlərin sürətləndirilməsi və Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində layihələrin icra olunmasının sürətləndirilməsi dövlət büdcəsindən əlavə vəsaitin ayrılmasını zəruri edirdi.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərin artımı üçün 2 milyard 260,0 milyon manat əlavə vəsait ayrılır. 2023-cü ilin yenilənmiş dövlət büdcəsinə əsasən, artımdan sonra bu xərc 5 milyard 260,0 milyon manat məbləğində olacaq. Bu çox sevindirici haldır. Həmin ərazilərin sürətli bərpası ölkə iqtisadiyyatının inkişafına da mühüm töhfə verəcək. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərin turizm, sənaye, kənd təsərrfüatı və digər sahələr üçün geniş potensialı mövcuddur. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi önəmli amıldir. Həmçinin sevindirici haldır ki, Azərbaycan bu işləri öz daxili imkanları hesabına həyata keçirir”, - deyə deputat bildirib.

O qeyd edib ki, ikinci önəmli amil isə Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılması, ölkənin sərhədlərinin möhkəmləndirilməsi, ölkə daxilində və xaricində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, dünyada gedən geosiyasi proseslərə, artan təhdidlərə və təhlükələrə, habelə qonşu dövlətlər tərəfindən Azərbaycan Respublikasına qarşı baş qaldıra biləcək istənilən təhdidin qarşısının alınması üçün hazırlıq səviyyəsinin yüksəldilməsidir. “Bu istiqamətdə də xərclərin artrılması da önəmli amildir. Azərbaycanın uğurlarını, regionda yeni reallıqlar yaratmasını həzm edə bilməyən qüvvələr mövcuddur. Digər tərəfdən Ermənistanın ölkəmizə qarşı təxribatları müdafiə qabiliyyətinin artırılması istiqamətində əlavə tədbirlərin görülməsinə zərurət yaradır. Ümumilikdə dövlət büdcəsinə edilən dəyişikliklər bugünün tələblərinə tam cavab verir və ölkəmiz qarşısında dayanan vəzifələrin uğurla icrasına şərait yaradır”, - deyə deputat əlavə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-09-2023