Azərbaycan-İsrail əməkdaşlığı strateji xarakter daşıyır
Tarix: 07-06-2023 | Saat: 09:53
Bölmə:Siyasət / Özəl | çapa göndər
Cari ilin 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri baş tutdu. Bu səfər hər iki dövlətin münasibətlərində yeni mərhələnin başalnğıcı kimi dəyərləndirilə bilər. Bu münasibətlər kifayət qədər ciddi əsaslara və zəngin tarixə malikdir. Azərbaycan-İsrail münasibətlərinin nə qədər güclü olduğu və bu ölkələrin bir-biri üçün necə vacib olduğu hər kəsə bəllidir. İkitərəfli münasibətlərin inkişafı üçün mühüm addımlar atılır. Azərbaycan-İsrail dostluğu bu günə qədər davam və inkişaf edir. İsrailin Azərbaycanla sıx, yaxın və tarixi əlaqələri mövcuddur. Bu İsrailin Ermənistanla olan əlaqələri ilə müqayisəolunmaz həddədir. İsrail Azərbaycanda ilk səfirlik açan dövlətlər siyahısındadır, Ermənistanda isə İsrail səfiri akkreditə olunmayıb. Təkcə bu fakt İsrailin Azərbaycana olan münasibətinin dəyərləndirilməsinə imkan verir. Azərbaycan Prezidentinin sərəncamı ilə İsrail vətəndaşlarına viza ölkəmizin hava limanlarında verilir. Azərbaycan çox az ölkələrə belə şərait yaradıb ki, İsrail də həmin ölkələrdən biridir. İki ölkə arasında təkcə təhlükəsizlik sahəsində deyil, həm də enerji, kənd təsərrüfatı, telekommunikasiya, kibertexnologiyalar, tikinti, suvarma, tibb və turizm sahələrində əlaqələr genişlənib və inkişaf edib. Bir sözlə Azərbaycan-İsrail əlaqələri qarşılıqlı maraqlara söykənir. Son iyirmi beş ildə İsrail dövləti ilə Azərbaycan Respublikası arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edib və möhkəmlənib. Avrasiyada heç bir ölkə İsrail ilə Azərbaycandan daha sıx və səmimi əlaqə saxlamır. Bu isə müsbət haldır ki, İsrail dövlətinin ən sıx səmimi əlaqələri yalnız Azərbaycanladır.
Bunu hər iki dövlətin rəhbərləri mətbuata bəyanatlarında bir daha təsdiqlədilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, Əminəm ki, səfər bizim ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var və biz cənab Prezidentlə telefonla əlaqə saxlayırıq. İndi isə, əlbəttə ki, rəsmi səfər zamanı bizim ikitərəfli gündəliyimizdə duran önəmli məsələləri müzakirə etmək üçün daha çox imkanımız var. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.
Bəzi iqtisadi rəqəmlərə nəzər salarkən gördüm ki, ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur, bu da böyük məbləğdir. Lakin, hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq və ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir.”
Yeni əməkdaşlıq sahələrindən biri olan kibertəhlükəsizlik sahəsində əmkədaşlığımız yükəsk dəyərləndirilməlidir. Ölkə başçısı xüsusilə bu məqama diqqət çəkmişdir: “Bu sahədə fəal təmaslara başlanılıb. Kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq”
Qeyd etmək yerinə düşər ki, İsrail-Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm mədəni, həm də mənəvi baxımdan yüksək səviyyədədir. Bu əlaqələr 1990-cı ildən bu yana, yəni, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra inkişafdadır. İsrail Azərbaycanın ən ağır vaxtlarında yanında olub, hərbi baxımdan yardım edib. Bu gün İsrail və Azərbaycanın çox yaxşı siyasi dialoq müstəvisində əlaqələri mövcuddur. İqtisadi baxımdan da İsrail Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Bu gün İsrail və Azərbaycan arasındakı ticari əlaqələr 4 milyard dollara yaxındır. Yəni, İsrail-Fransa əlaqələrindən daha yüksəkdir. İsraildə Azərbaycanın səfirliyinin açılması əlaqələrimizin daha da inkişaf etməsinə güclü təkan verib və verəcəkdir. Bu gün İsrail Bakı-Tbilisi-Ceyhan boru kəmərindən istifadə edir. Təsadüfi deyil ki, İsraildə istifadə olan benzinin ən böyük payı Azərbaycana məxsusdur.
Bu gün İsraildə Azərbaycan kökənli 70 min insan yaşayır. Azərbaycanda isə 25-30 minə yaxın Azərbaycan yəhudisi yaşayır. Bu yəhudilər Azərbaycanda çox gözəl şəkildə yaşayır. Heç bir problemləri yoxdur. Başqa Avropa ölkələrindən fərqli olaraq Azərbaycan ərazisində yəhudilər 2600 ildir yaşayırlar. Heç bir zaman Azərbaycanda antisemitizm olmayıb. Bu halın olmaması, Azərbaycanda yəhudilərə çox yaxşı səviyyədə olan münasibətdən irəli gələrək İsrail-Azərbaycan əlaqələri də inkişaf edir. Bu baxımdan İsrail də Azərbaycanda yəhudilərə olan münasibəti çox yüksək səviyyədə qəbul edir və inkişafını istəyir.
Cənab Prezident öz çıxışında bir məqama diqqət çəkərək bildirdi: “Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar”.
Azərbaycanın Milli Qəhrəmanı Albert Araqunovun və digər şəhidlərin xatirəsi ehtiramla anılır və əziz tutulur.
İsrail azərbaycan əlaqələrinin unikal bir cəhəti də var. Belə ki dünyanın bir çox ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları var. Bu təşkilatların üzvləri də azərbaycanlılardır. İsrail yeganə ölkədir ki, buradakı diaspor təşkilatımızın üzvlərinin böyük əksəriyyəti yəhudilərdir və onlar Azərbaycan üçün hər şeyi ürəklə, istəklə həyata keçirirlər. Ölkə başçısı da bunu qeyd etdi və bildirdi ki, “Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir”.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər