Üçüncü yol yoxdur və olmayacaq !
Tarix: 31-05-2023 | Saat: 11:43
Bölmə:Karusel / Siyasət | çapa göndər
Mayın 28-də iki əlamətdar gün yaşadıq. Cümhuriyyətimizin 105-ci ildönümü günü Laçına da dönüş oldu. Cənab Prezident İlham Əliyev bu əlamətdar günləri Laçın şəhərində qeyd etdi və buradan çox ciddi mesajlar səsləndirdi. Müstəqillik gününü Laçına öz yurd-yuvasına qayıdan ailələrlə görüşən dövlət başçısı bununla bir daha istər Ermənistanda revanş istəyi ilə alışıb-yanan, istərsə də radikal erməni separatçılarına hamilik edənlərə növbəti dəfə nümayiş etdirdi ki, Azərbaycan dövləti üçün onun ərazi bütövlüyü, təhlükəsizliyi və vətəndaşlarının öz doğma yurd-yuvasında azad-firavan yaşaması ən prioritet məsələdir və Azərbaycanı heç bir qüvvə bu yoldan döndərə bilməz.
Bu gün cənab Prezident İlham Əliyevin həm beynəlxalq siyasi sferada həm də həyata keçirdiyi fəaliyyətin bir istiqaməti var: Azərbaycanı daha da gücləndirmək, Azərbaycanı bundan sonra da güclü dövlət kimi saxlamaq, heç kimdən və heç nədən asılı olmayan regional gücə çevirmək. İndiki şərtlərdə güclü iqtisadiyyat qeyd edilən məsələnin başlıca şərtidir və ölkə başçısının bu yöndə həyata keçirdiyi islahatlar, imzalanan müqavilələr, strateji tərəfdaşların çoxaldılmasına yönəlmiş siyasət bu məqsədə xidmət edir. Cənab Prezident müraciətində həmin siyasətin prioritet istiqamət təşkil etdiyini və qələbəmizin əsası olduğunu qeyd edərək dedi: “Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır.”
44 günlük müharibədən sonra regionda yaranan yeni geosiyasi konfiqurasiyanın Azərbaycanın adı ilə bağlı olduğunu nəzərə alsaq, demək ki, rəsmi Bakı düzgün yol xəritəsi çızıb. Bu gün artıq Azərbaycan regionun və Avrasiya qitəsinin əsas aktoruna çevrilmək istiqamətində çox iri layihələrin yükünü çiyninə götürmək gücündə olduğunu bütün dünyaya nümayiş etdirməkdədir.
İkinci Qarabağ müharibəsini şanlı tariximizin parlaq və unudulmaz səhifəsi adlandıran cənab Prezident gənclərimizin Vətən sevgisinin qələbədə payının daha çox olduğunu vurğuladı. Bu da onu göstərir ki, dövlətin, onun rəhbərinin həyata keçirdiyi gənclər siyasəti öz bəhrəsini vermişdir: “ Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq. Onların qəhrəmanlığı, şücaəti sayəsində biz, bax, bu gün burada oturmuşuq və bu gün bu torpaqlarda həyat canlanır.”
ATƏT-in Mİnsk qrupunun fəaliyyətini, daha doğrusu fəaliyyəsizliyini 30 ildə çox gördük. Aydın oldu ki, beynəlxalq müstəvidə haqqı, ədaləti müdafiə edən azdır. Ayrı-ayrı maraqlardan çıxış edən beynəlxalq güclər, bir sıra dövlətlər ikili standartlara üstünlük verməkdə davam edirlər. Məhz buna görə də Qarabağ konfliktinin həll edilməsi məsələsi 30 ildən çox çəkdi. Yalnız öz gücümüzə, güclü iqtisadiyyatımıza və ordumuza arxalandıqdan sonra qələbəyə nail olduq. Və bu qələbədən sonra artıq nə vasitəçiyə, nə də ikili oyun oynayanlara ehtiyacımız yoxdur. İndi Azərbaycan dövləti, onun lideri diqtə edir və qəbul edilir. Cənab Prezident bunu açıq və net şəkildə diqqətə çatdırdı: “Yəni, bütün bu reallıqları yaradan biz olmuşuq. Məhz bunun nəticəsində İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra həm Azərbaycan-Ermənistan sərhədində, həm Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə, həm sərhəd-buraxılış məntəqəsini qoymaqla biz yeni reallıq yaratdıq və Ermənistanı məcbur etdik ki, bizim dediyimizi onlar da təkrarlasın.”
Bəli, reallıq budur. Bu reallığı yaradan isə öz güclü siyasəti və xarizmatik liderliyi ilə liderə çevrilən müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Onun qələbədən sonrakı dövrdə həyata keçirdiyi siyasət hətta rəqiblərimizi mat qoyur. İşğaldan azad olunmuş torpaqlarımızı cənnətə çevirəcəyini söyləyən cənab Prezident bu gün vədini reallaşdırır. Həmişə olduğu kimi o, yenə də vədinə sadiq Prezident obrazını nümayiş etdirir. Ən əlamətdar günləri Qarabağda - Şuşada, Laçında, Kəlbəcərdə qeyd edən ölkə başçısı bu quruculuq, abadlıq işlərindən həzz aldığını gizlətmir, Vətənin hər qarış torpağının laləzara çevrilməsi üçün əlindən gələni edir. İndi o torpaqlarda elə bir yer, elə bir obyekt yoxdur ki, cənab Prezident İlham Əliyevin izi olmasın.
Mövcud reallıqlar fonunda hələ də Ermənistan sülh prosesindən yayınmağa mənasız cəhdlər edir. Təbiidir ki, bu cəhdlərin arxasında ermənilərin havadarları dayanır. Amma vəziyyət onların düşündüyü kimi deyil. Cənab Prezidentin qeyd elədiyi kimi, Azərbaycan 30 il bundan əvvəlki gücsüz, ordusuz, hakimiyyətsiz Azərbaycan deyil. İndi dövlətimzin gücü də, qüdrəti də problemi kökündən və vasitəçilərsiz həll etməyə çatır.
Cənab Prezidentin qeyd etdiyi “İndi isə artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Əminəm ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq.” fikri bu reallıqları diqtə edir. Ölkə başçısı inamlıdır, qətiyyətlidir, atdığı addımların haraya varacağını əvvəldən hesablayır və həyata keçirdiyi siyasətdəki ardıcıllıq, xalqın dəstəyi onun gücünü birə beş artırır.
Cənab Prezident Laçından həm Ermənistana, həm də separatçılara ciddi mesajlar da ünvanladı. Ermənistanın vəziyyəti məlumdur və artıq bizim dediklərimizi təkrarlamaq məcburiyyətindədir. Əks təqdirdə onun bir dövlət kimi varlığını itirmək təhlükəsi qalmaqdadır. Separatçılara gəlincə, ölkə başçısı onları mövcud reallıqları dərk etməyə, yapışdıqları “saman çöpünü” buraxıb insan kimi yaşamağa dəvət etdi: “Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər.”
Bu Azərbaycanın qəti mövqeyidir. Bu, Azərbaycan liderinin humanist mövqeyidir. Bu, Azərbaycanın erməni havadarlarına son müraciətidir. Xalqına, dövlətinə, həyata keçirdiyi siyasətin dürüstlüyünə və milli mənafelərə hədəfləndiyinə əmin olan bir Liderin əzilmiş, darmadağın olmuş düşmənə uzatdığı əldir. Ermənilər ya bu əli tutub ayağa qalxacaq, adam kimi, vətəndaş kimi yaşayacaqlar, ya da rədd olub havadarlarının qucağına sığınmaq üçün bu torpaqları tərk edəcəklər. Üçüncü yol yoxdur və olmayacaq ! Ermənistan sülh istəmədiyi halda bu, onun tarixi fəlakəti olacaq.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-10-2024
09:38 “Brent” nefti bahalaşdı
29-10-2024