Mobil versiya
Milli Məclisin növbədənkənar sessiyasının ilk komitə iclasının vaxtı MƏLUM OLDU
Tarix: 31-05-2023 | Saat: 10:26
Bölmə:Manşet / Siyasət | çapa göndər

Milli Məclisin növbədənkənar sessiyasının ilk komitə iclasının vaxtı

Milli Məclisin növbədənkənar sessiyasının ilk komitə iclasının vaxtı açıqlanıb.

aia.az xəbər veerir ki, iyunun 2-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.Qeyd edək ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Bu gün MM-in yaz sessiyasının axırıncı plenar iclası keçiriləcək.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Növbədənkənar sessiyalar dövründə Milli Məclisin plenar iclasları, komitə və komissiyaların yığıncaqları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər. Bu il deputatlar iyun növbədənkənar sessiyanın çağırılması ilə bağlı parlament sədrinə müraciət ediblər. Bundan sonra Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024