Mobil versiya
Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub
Tarix: 30-05-2023 | Saat: 21:21
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi irihəcmli islahatlar, bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da geniş tətbiq olunur.
Qürurverici haldır ki, bu inkişaf işgaldan azad olunmuş ərazilərimizdə daha geniş vüsət alıb.
Prezident İlham Əliyev cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bu məsələyə geniş izahat vermişdir:
“Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir”.
Həmçinin Ölkə Prezidenti Azərbaycanın iqtisadi ugurlarını geniş şərh edərkən bildirib ki, “Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir.”
Qazanılan ugurların ugurlu diplomatik siyasətin nəticəsi kimi səciyyələndirən Prezident İlham Əliyev vurgulamışdır ki, “Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır;
Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır.
Demoqrafik artım. Son 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona qalxıb”.

İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024